Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Ziraat Bank Azərbaycan"ın vaxtı keçmiş kreditləri 120 %-dən çox artıb

    1 week ago

    3

    0

    "Ziraat Bank Azərbaycan" ASC-nin vaxtı keçmiş kreditləri 2025-ci ilin I rübünün sonuna 54 mln. 344 min manat təşkil edib. Valyuta.Az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə və ya 120.2 % daha çoxdu. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bankın vaxtı keçmiş kreditləri 24 mln. 683.4 min manat olub.  Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 9.46 % olub. Əvvəlki ilin eyni dövründə isə bu göstərici 6.54 % olub.  Ən çox gecikmə biznes kreditlərində qeydə alınıb. Belə ki, bank tərəfindən 532 mln. 107.8 min manat biznes krediti verilib ki, bunun da 9.93 %-i və ya 52 mln. 854.9 min manatı vaxtı keçmiş kreditlərdir. Bu məbləğin də 11 mln. 42.9 min manatı 1 il və daha artıq gecikmə müddəti olan kreditlərin payına düşüb. İstehsak kreditlərinin 11.33 %-i və ya 1 mln. 377.7 min manatı, daşınmaz əmlak kreditlərinin isə 0.37 %-i və ya 111.3 min manatı vaxtı keçmiş kreditlərdir. Belə ki, bank tərəfindən hesabat dövrünün sonuna verilmiş istehlak kreditləri 12 mln. 158.9 min manat, daşınmaz əmlak kreditləri isə 30 mln. 454.1 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövründə isə biznes kreditlərinin 6.78 %-i və ya  24 mln. 166.6 min manatı, istehlak kreditlərinin 7.80 %-i və ya 432.7 min manatı, daşınmaz əmlak kreditlərinin isə 0.54 %-i və ya 84.2 min manatı vaxtı keçmiş kreditlər olub.  Vaxtı keçmiş kreditlərin 45 mln. 400.29 min manatı Bakı, 932.59 min manatı Sumqayıt, 8 mln. 11.08 min manatı isə Gəncə üzrə verilmiş kreditlərdə qeydə alınıb. Bankın xalis mənfəətində də azalma müşahidə olunub. Belə ki, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 700 min manatdan çox azalaraq 4 mln. 349.5 min manatdan 3 mln. 572.2 min manata düşüb. Xatırladaq ki, "Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65.5 mln. manatdır. Bankın səhmlərinin 99.98 %-i "Ziraat Bank”a (Türkiyə), 0.01 % - "Ziraat Texnoloji Şirkəti”nə, 0.01 %-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur. Rəhim
    Click here to Read more
    Prev Article
    Bakıda bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu - SİYAHI
    Next Article
    Kanadada tibb işçiləri üçün iş imkanı - Müraciət qaydası

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment