Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ziraat Bank Azərbaycan ağacəkmə aksiyasında iştirak etdi

    4 hours ago

    1

    0

    Finss.az -  “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”-una əsasən Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə başladılmış aksiyası çərçivəsində 25 Aprel tarixində Müşfiqabad qəsəbəsində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub. Tədbirin məqsədi ekoloji tarazlığın qorunmasına, yaşıllıq sahələrinin artıtılmasına və gələcək nəsillərə daha sağlam bir mühitin ötürülməsinə dəstək vermək idi. Aksiyada Ziraat Bank Azərbaycanın rəhbər heyəti və əməkdaşları da fəal iştirak ediblər. Bank nümayəndələri müəyyən olunmuş ərazidə əsasən eldar şamı və zeytun ağacları əkərək tədbirə öz töhfələrini veriblər. Əkilən ağaclar bölgənin ekosisteminin bərpasında və hava keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü şərəfinə başladılan aksiya 10 il ərzində 1 milyon ağac əkilməsini hədəfləyir. Ətraf mühitin qorunmasına daim töhfə verən Ziraat Bank Azərbaycan, bu istiqamətdəki fəaliyyətlərini gələcəkdə də ardıcıl şəkildə davam etdirəcəyini bildirib: "Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş, Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında Ziraat Bank Azərbaycan olaraq biz də öz töhfəmizi verdik. Aksiya çərçivəsində eldar şamı və zeytun ağacları əkərək ekoloji tarazlığın qorunmasına və yaşıllıq sahələrinin artırılmasına dəstək verdik. Qeyd edək ki, bu layihə 10 il ərzində 1 milyon ağac əkilməsini hədəfləyir və biz də Ziraat Bank Azərbaycan olaraq, ətraf mühitin qorunmasına davamlı töhfə verməyə davam edəcəyik." "Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. Zemfira Ms Finss.az  
    Click here to Read more
    Prev Article
    "Azər Türk Bank" kredit portfelini artırıb
    Next Article
    Qeyri-sabit hava nə vaxtadək DAVAM EDƏCƏK?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment