Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Zəlzələ qorxusu necə dəf edilməlidir?

    5 days ago

    2

    0

    Məlum olduğu kimi, İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib.  Qardaş ölkədə baş verən zəlzələ Azərbaycanda vətəndaşlar arasında narahatlığa, panikaya səbəb olub. Maraqlıdır, zəlzələ qorxusu necə dəf edilməlidir?  Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, əksər insanlar zəlzələdən sonra təkcə özünün deyil, ailəsinin, ətrafının zərər görəcəyindən narahatlıq keçirir:  “Bizim stresə qarşı müqavimətimiz, öz emosiyalarımızı idarəetmə səviyyəmiz nə qədər üstün olarsa, həyat keyfiyyətimiz bir o qədər artacaq. Psixologiya bizim həyat tərzimizə çevrilməlidir. Yəni biz bunu həyatımızda tətbiq etməliyik. Bunun üçün də insanın özünə yatırım etməsi vacibdir, yəni mənəvi yatırım. O halda insan çağdaş dövrün çağırışlarına qarşı adekvat olacaq. İnsan özünü hər bir hadisəyə hazırlamalıdır, “o olar”, “bu baş verər” qorxusu yaşamaq insanı daha da zəiflədir. Unutmaq lazım deyil ki, Azərbaycan tektonik zonada yerləşir, hər zaman zəlzələ ola bilər, qonşuda filan hadisə oldu, mənə də təsiri olacaq düşüncəsi düzgün deyil. Pozitivə köklənmək, yaxşə düşünmək lazımdır”. Sevinc
    Click here to Read more
    Prev Article
    Azərbaycanda güclü zəlzələlər gözlənilirmi? – AÇIQLAMA
    Next Article
    Estoniya Rusiya sərhədində hərbi baza yaratmaq istəyir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment