Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Yüksək vəzifəyə təyin edilən Samir Hümbətov kimdir?

    2 hours ago

    1

    0

    İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinə yeni 1-ci müavin təyin edilib. Valyuta.az xəbər verir ki, bu vəzifə Samir Hümbətova həvalə olunub. Qeyd edək ki, Samir Hümbətov indiyə qədər sədrin müavini olub və 1-ci müavin postunda Maliyyə Nazirliyinin aparat rəhbəri təyin olunan Natiq Həsənovu əvəz edib. Samir Hümbət oğlu Hümbətov 1978-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2004-cü ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantıdır. 2002-2017-ci illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunda məsləhətçi, aparıcı məsləhətçi və şöbə müdiri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müşaviri, şöbə rəisi vəzifələrində çalışıb. 2019-2021-ci illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunub. Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi vardır. 2021-2025-ci illərdə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Evlidir, 1 övladı var.
    Click here to Read more
    Prev Article
    Məsud Pezeşkian Azərbaycana səfərə yola düşüb
    Next Article
    Naxçıvanın keçmiş baş nazirinin imzaladığı qərarlar ləğv edildi - SİYAHI

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment