Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Yük avtomobili istehsalı 7 dəfədən çox azalıb

    1 week ago

    3

    0

    Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 302 ədəd minik avtomobili və 28 ədəd yük avtomobili istehsal edilib. Valyuta.az xəbər verir ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,14 dəfə və ya 695 ədədlik artım (minik avtomobillərində) və 7,14 dəfə və ya 172 ədədlik azalma (yük avtomobillərində) deməkdir. Ümumilikdə isə maşın və avadanlıqların istehsalı 20,9%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 3,1% artıb. Bununla belə, bəzi sahələrdə kəskin azalmalar müşahidə olunub. Belə ki, traktor istehsalı 25,3% azalaraq cəmi 124 ədəd təşkil edib.  1 112 ədəd nasos istehsal edilib ki, bunun da 1 052 ədədi ştanqlı quyu nasoslarının payına düşüb. Nasosların ümumi istehsalı 33.5%, ştanqlı quyu nasoslarının istehsalı isə 36,08% azalıb. Kran, qapaq və klapanların istehsalında isə 98 faiz azalma müşahidə olunub.                  Hesabat dövründə ümumulikdə maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 144,1 milyon manatlıq məhsul istehsal edilib.
    Click here to Read more
    Prev Article
    Bundle Yeni Güncellemesini Duyurdu: Sesli Özet ve Çeviri Özellikleri Geldi!
    Next Article
    Bakıda dəhşətli ailə faciəsi: Qadının başını kəsdilər, ərin faciəvi sonu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment