Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Youtube"un yeni, gözlənilməz funksiyaları nələrdir?

    3 days ago

    4

    0

    Video paylaşım platforması “YouTube” fəaliyyətə başlamasının 20-ci ildönümünü qeyd edib. Valyuta.az xəbər verir ki, 2005-ci ildə yayımlanan 19 saniyəlik ilk video ilə internet dünyasına daxil olan platforma bu günə qədər 20 milyarddan çox videoya ev sahibliyi edib. Yubiley münasibətilə “YouTube” istifadəçi təcrübəsini daha da yaxşılaşdırmağa yönəlik yeni funksiyalar və vizual dəyişikliklər təqdim edib. Platformaya əlavə edilən əsas funksiyalar: Funksiyalar arasında fərdiləşdirilə bilən görüntü ayarları, sürətli izləmə funksiyaları və valideyn nəzarətinə dair yeni seçimlər xüsusilə diqqət çəkir. “YouTube” TV-də çoxlu görüntü dəstəyi: Fərqli mövzularda videoların eyni anda izlənməsinə imkan verən bu funksiya ilkin olaraq məhdud sayda kanalda istifadəyə veriləcək. Şərhlərə səsli cavab: Daha öncə məhdud sayda istifadəçiyə təqdim olunan bu funksiya, artıq daha geniş auditoriyaya açıqdır. "Ask Music" funksiyası: “YouTube Premium” və “YouTube Music” istifadəçiləri musiqi zövqlərinə uyğun avtomatik radio stansiyası yarada bilirlər. Funksiya hələlik yalnız bəzi ingilisdilli ölkələrdə aktivdir. Mobil cihazlarda 4x sürətli izləmə rejimi: Premium istifadəçilər üçün mobil tətbiqlərdə əlavə sürət seçimi təqdim olunub. TV tətbiqində yenilənmiş interfeys: Yay aylarından etibarən TV-də izləmə zamanı istifadəçi təcrübəsi daha da sadələşdiriləcək. Ekran kilidi və yuxu taymeri: Mobil istifadəçilər üçün əlavə rahatlıq təqdim edən bu funksiyalar videonun təsadüfən dayandırılmasının qarşısını alır. Shorts videolarına əlaqəli məzmun əlavə etmək: İstifadəçilər qısa videolara uzun formatlı videolar və canlı yayımlar əlavə edə bilirlər. “YouTube Kids” üçün fərdi məzmun seçimi: Valideynlər uşaqların izlədiyi videoları əl ilə seçə bilirlər. Masaüstü üçün klaviatura qısa yolları: İzləmə zamanı yön düymələri və boşluq klavişləri ilə daha rahat naviqasiya təmin edilir. "Song Search" funksiyası: Android cihazlarda istifadəçilər mırıldanaraq və ya oxuyaraq mahnı axtara bilirlər. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Mercedes, Özel Sürüş Modlarına Sahip Yeni Nesil MPV Konsepti Vision V’yi Tanıttı
    Next Article
    Yeni araşdırma: İnsanlar hələ də süni intellektdən üstündür

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment