Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

    2 weeks ago

    8

    0

    "Youtube" məzmun istehsalçıları üçün süni intellektlə dəstəklənən və müəllif hüququndan azad musiqi hazırlamağa imkan verən yeni funksiyasını istifadəyə verib. Valyuta.az xəbər verir ki, platforma "Creator Music" bölməsinə əlavə etdiyi yeni funksionallıqla istifadəçilərə sadə göstərişlərlə fərdi musiqilər yaratmaq imkanı təqdim edir. Şirkətin verdiyi açıqlamaya görə, "Creator Music" platformasına yeni "Music Assistant" (musiqi köməkçisi) bölməsi əlavə olunub. Bu bölmədə istifadəçilər yaratmaq istədikləri musiqini təsvir etməklə süni intellektin dəstəyindən yararlana bilirlər.  "Youtube" bildirib ki, bu yeni xüsusiyyət 2023-cü ildə istifadəyə verilən "Creator Music" platformasının davamıdır. Platforma müəllif hüququ olan musiqiləri qanuni şəkildə təqdim etmək məqsədi daşıyırdı. Son yeniləmə ilə isə istifadəçilərə həm də müəllif hüququ olmayan və pulsuz musiqi yaratmaq imkanı da verilir. Qeyd olunur ki, bu xüsusiyyət hələlik yalnız ABŞ-da yerləşən "YouTube Partnyorlar Proqramı" üzvləri üçün əlçatandır. Qeyd edək ki, "YouTube" bundan əvvəl "Dream Track" adlı bənzər funksiyanı da sınaqdan keçirib. "DeepMind" şirkətinin "Lyria" texnologiyası ilə işləyən həmin sistem istifadəçilərə müəyyən üslublarda qısa musiqilər yaratmaq imkanı təqdim edirdi. Hazırda bu xüsusiyyət yalnız instrumental musiqi parçaları ilə məhdudlaşır. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Taksi sürücüləri üçün imtahan keçiriləcək
    Next Article
    What is the endgame to this historic shift in the global dollar paradigm?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment