Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Yol polisi sərnişin daşıma ilə məşğul olanlara müraciət edib

    1 week ago

    2

    0

    Visiontv.az xəbər verir ki, müraciətdə deyilir: "Son günlər ölkənin bir çox bölgələrində havanın kəskin şəkildə dəyişməsi nəticəsində yağışların intensiv olduğu ərazilərdə, xüsusən palçıqla örtülmüş və sürüşkən yollarda hərəkət etmək olduqca çətinləşib. Bu çətin şəraitdə yol hərəkətində təhlükəsizlik məsələləri xüsusilə önəm kəsb edir. Sürücülərdən, xüsusilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərdən xahiş olunur ki, yağışın intensiv olduğu ərazilərdə, xüsusən palçıqla örtülmüş və sürüşkən olan yollarda hərəkət etməzdən əvvəl yol şəraitini diqqətlə qiymətləndirsinlər. Palçıq və yağıntıların yaratdığı şəraitdə sürət həddini aşmamaq və ehtiyatla hərəkət etmək çox vacibdir. Bu cür vəziyyətlərdə nəqliyyat vasitələrinin idarə edilməsi çətinləşir və qəza riski artır. Əlverişsiz hava şəraitində sürücülük təcrübəsi zəif olan şəxslərin yola çıxmamaları tövsiyə edilir. Yolda hər hansı bir çətinliklə qarşılaşıldıqda sürücülər dərhal yaxınlıqda olan yol patrul xidmətinin əməkdaşlarına müraciət etməlidirlər. Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hər bir sürücü hərəkət etməzdən əvvəl hava şəraitini və yol vəziyyətini dəqiqləşdirməli, yalnız təhlükəsiz şəraitdə yola çıxmalıdır. Hava şəraiti və yol vəziyyətindən asılı olaraq, sürücülər diqqətli və məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Bu, həm sürücünün, həm də sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri bir addımdır".
    Click here to Read more
    Prev Article
    ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatını başqa ölkəyə köçürməyi təklif edib
    Next Article
    Qərbə “bel ağlamaq” yerinə, onunla praqmatik əməkdaşlıq etmək daha rasional yanaşmadır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment