Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Yeni rəhbər gələn kimi kadrları dəyişə bilərmi? - Ekspert

    1 week ago

    5

    0

    Rəhbər təyin olunan kimi bəzi idarəçilərin "öz kadrları" yada düşür. Gələndən bir müddət sonra görürük ki, şirkətdə əsas kadrları dəyişir, əvvəlki kadrlardan əsər-əlamət qalmır. Bəzən bu qınanılsa da, həmin şəxslər öz kadrları ilə daha yaxşı işləyə bildiklərini deyirlər. Bu, nə dərəcədə doğru yanaşmadır? “SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov Valyuta.az-a bildirdi ki, bu kimi hallar iş yerlərində çox yaşanır: “Bəzən iş yerlərində rəhbər vəzifəyə təyin olunan biri deyir ki, mən öz kadrlarımla gələcəm. Gələn kimi araşdırmadan, baxmadan, müşahidə etmədən "təmizləmə əməliyyatı" aparır. Bu, əslində sağlam yanaşma deyil. Sağlam yanaşma odur ki, yeni rəhbər mövcud kadrlarla işləməyə üstünlük versin. Burada hörmətsizlik də var. Yəni, bu, səni rəhbər təyin edən şirkətə hörmətsizlik etməkdir. Çünki müşahidə etmədən, birlikdə işləmədən bilmək olmur. Bəlkə rəhbərin çıxarmaq istədiyi işçilər daha yaxşıdır, işlədikləri şirkətin iş strukturunu yaxşı bilirlər. Ola bilər ki, rəhbərin gətirdiyi işçilər şirkət üçün uyğun olmasın".  Kəskin dəyişikliklər mənfi təsirə səbəb olur A.Bayramovun sözlərinə görə, rəhbərin öz işçilərini gətirməsi sobotaj elementi ola bilər: “Bu o deməkdir ki, mən gələndə də öz komandamla gələcəm, çıxanda da öz komandamla çıxacam. Bu yaxşı hal deyil, sonradan şirkətə də mənfi təsirini göstərəcək. Rəhbər təyin olunan şəxs çalışmalıdır ki, şirkətdə mövcud kadrlarla işləsin. Eyni zamanda rəhbər şirkətin mühitini, koorperativ mədəniyyətini təzyiq altında saxlamamalıdır. Kəskin dəyişiklik etmək o deməkdir ki, şirkətin koorperativ mühitinə ciddi təsir edir və bir çox hallarda bu təsir mənfi olur. Şirkətin yenidən formalaşmasına, oturuşmasına xeyli müddət lazım olur. Ümumiyyətlə, dəyişikliyi tədricən etmək lazımdır ki, şirkət onu həzm eləsin. Kəskin dəyişikliklər bir çox hallarda mənfi təsirə səbəb olur". Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Bahçeli’den Rasim Ozan Kütahyalı’ya: İçimize yuvalanmış şeytan!
    Next Article
    Yenə eyni şirkət "Azərişığ"ın tenderinin qalibi oldu - Bu dəfə 8.4 milyon ödənəcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment