Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Yeni dəmir yolu marşrutu ilə 15 milyon ton yük daşınacaq: Azərbaycan və Türkiyəyə yeni imkanlar

    1 day ago

    2

    0

    Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu marşrutunun yaradılması layihəsi, Orta Dəhliz çərçivəsində Türkmənistan, Azərbaycan, Türkiyə və daha sonra Avropaya çıxışı təmin edə bilər. Finss.az xəbər verir ki, bu barədə "GLENMAR Group" tərəfindən təşkil edilən "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"nda Qırğızıstan Dəmir Yollarının baş direktoru Azamat Sakiyev jurnalistlərə açıqlama verib. A.Sakiyev bildirib ki, qlobal tendensiyalar göstərir ki, nəqliyyat dəhlizlərini inkişaf etdirmək vacibdir, çünki bu, malların maya dəyərinin və ümumi qiymət siyasətinin logistikadan asılı olmasına səbəb olur. Layihə çərçivəsində tikinti işlərinə ötən ilin dekabr ayında başlanılıb və yeni dəmir yolu xəttinin gözlənilən illik ötürmə qabiliyyəti 15 milyon ton yük və ya daha çox olacaq. Layihənin unikallığı ondan ibarətdir ki, o, Çindən Avropaya ən qısa müddətdə çıxışı təmin edə bilir. Bundan əlavə, layihənin çevik tarif siyasətini təmin edəcəyi gözlənilir. A.Sakiyev vurğulayıb ki, layihənin məqsədi digər marşrutlarla müqayisədə sərfəli və rəqabətədavamlı bir mexanizm yaratmaqdır. Layihənin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır və ümumi büdcəsi 4,7 milyard dollar təşkil edir. Bu büdcə layihədə iştirak edən üç ölkə tərəfindən razılaşdırılıb. Yeni dəmir yolu marşrutu ilə konteyner və quru yüklər daşınacaq. Həmçinin, marşrut boyunca sərnişindaşımanın təşkili də nəzərdə tutulur. A.Sakiyev qeyd edib ki, hazırda Çindən Azərbaycana böyük yükdaşıma axını mövcuddur və bu kontekstdə Qırğızıstan, Çindən Azərbaycana yüklərin daşınması üçün çox yaxşı şərait təklif edə bilər. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    SOCAR-ın modernləşdirmə planları dizel ixracını dəyişdirir: Kulevi terminalı baş direktoru
    Next Article
    Rusiya Azərbaycanın taxıl tələbatını qarşılamaya hazırdır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment