Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Yenə eyni şirkət "Azərişığ"ın tenderinin qalibi oldu - Bu dəfə 8.4 milyon ödənəcək

    1 week ago

    4

    0

    "Azərişıq" ASC-nin növbəti çoxmilyonluq tenderinə yekun vurulub. Valyuta.Az xəbər verir ki, bu dəfə ASC-nin tenderinin qalibi olan şirkətə 8.4 milyon manat ödənəcək.  Məlumata əsasən, Baki şəhəri, Sabunçu və Xətai rayonlarının paylayıcı elektrik şəbəkələrində enerji təchizatının dayanıqlığının artırılmasi məqsədilə müvafiq işlər görüləcək. Sadalanan işlərin görülməsi ASC tərəfindən "İntegras" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə ediləcək. Tərəflər arasında imzalanacaq müqavilənin dəyəri 8.433.238,14 AZN-dir.  Qeyd edək ki, "İntegras" MMC 50 AZN nizamnamə kapitalına sahibdir. Şirkətin qanuni təmsilçisi isə Həsənova Məhsəti Hüseynalı qızıdır. Onun haqqında isə açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 2017-ci ildə dövlət qeydiyyatına alınan şirkət tez-tez "Azərişıq" ASC-nin tenderlərinin qalibi seçilib.  Belə ki, 2022-ci ildən bəri tərəflər arasında ümumi dəyəri 19 milyon manatdan çox olan 8 satınalma müqaviləsi imzalanıb.  Təkcə ötən il "İntegras" MMC "Azərişıq" MMC-nin ümumi dəyəri 9 milyon manatdan çox olan bir sıra tenderlərinin qalibi seçilib.
    Click here to Read more
    Prev Article
    Yeni rəhbər gələn kimi kadrları dəyişə bilərmi? - Ekspert
    Next Article
    Fenerbahçe'nin transfer listesi belli oldu: Dzeko ve Cenk Tosun yerine yıldız golcü!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment