Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Yelo Bank"ın mənfəətində 2.9 mln.luq azalma - Hesabat

    2 weeks ago

    7

    0

    2025-ci ilin I rübündə "Yelo Bank"ın xalis mənfəəti 11 mln. 199.62 min manat təşkil edib. Valyuta.Az xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20.71 % daha azdı. Ötən ilin eyni dövründə bu rəqəm 14 mln. 125.50 min manat olub.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz və qeyri-faiz gəlirlərində də azalma qeydə alınıb. Belə ki, faiz gəlirləri təxminən 0.48 % azalaraq 40 mln. 984.21 min manatdan 40 mln. 789.15 min manata, qeyri-faiz gəlirləri isə təxminən 72.71 % azalaraq 15 mln. 084.65 min manatdan 4 mln. 113.57 min manata düşüb.      Bankın faiz xərcləri 12 mln. 121.75 min manatdan 13 mln. 105.43 min manata yüksəlsə də, qeyri-faiz xərcləri 4 mln. manatdan çox azalaraq 26 mln. 629.95 min manatdan 22 mln. 261.19 min manata düşüb. Xalis əməliyyat mənfəəti də təxminən 42.15 % azalaraq 8 mln. 951.53 manata düşüb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 15 mln. 479.47 min manat olub.    Ötən ilin son rübü ilə müqayisədə isə bankın aktivləri 1 mlrd. 279 mln. 637.84 min manatdan 1 mlrd. 260 mln. 888.56 min manata düşüb.  Həmçinin bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri də 229 mln. 962.93 min manatdan 213 mln. 309.49 min manata düşüb. Xatırladaq ki, 1994-cü ildən fəaliyyət göstərən Yelo Bank ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan "Yelo Bank" adına rebrending edilib.  Rəhim
    Click here to Read more
    Prev Article
    "Bitcoin" 85 min dollara yüksəldi - Günün kriptovalyuta göstəriciləri
    Next Article
    ARNAVUTKÖY BELEDİYESİ TAŞINMAZ MAL KİRALAMA İLANI

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment