Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Yəhudilər Misirdə: Yusifdən Musaya və yaxud ağalıqdan köləliyə

    4 days ago

    4

    0

    Yusif sarayda gücləndikdən sonra atası və qardaşlarını Misirə çağırdı. İsrailoğulları Misirə gəldiklərində xoş qarşılandılar. Bunun səbəbi Yusiflə bağlı deyildi, çünki 1600-cü illərdə Misirdə hakim yerli kıpti olmayan Hiksoslar idi. Hiksoslar məhz İsrailoğulları kimi köçkün həyat tərzi yaşamış, Misirə ticarət üçün gələrək zamanla burada hakimiyyəti ələ almış və 15-ci sülalənin banisi olmuşdular. Hiksoslardan olan ilk firon isə Salitis olmuşdur. Hiksoslar yerli xalq ilə o qədər də qaynayıb qarışmırdılar. Yəhudilər əkinçiliq, maldarlıq ilə məşğul olduqları üçün Yaqub və oğulları Fironun tövsiyyəsi ilə Misirin ən bərəkətli torpaqları sayılan Goşen/Goshen vadisinə yerləşdilər. Qoşen torpağı məhsuldar kənd təsərrüfatı torpaqları ilə mal-qara otarmaq üçün əlverişli səhra arasındakı sərhədin keçdiyi yer kimi xarakterizə edilə bilər. Ərazilərin bu birləşməsi Misir üçün xarakterik deyil, lakin oxşar əraziyə Nil və Süveyş kanalı arasındakı bölgədə rast gəlmək olar. Onun qərb sərhəddi Nildir və şərqdə İsmailiyyə şəhərinin yaxınlığında yerləşən Timsah gölünə qədər uzanır. Bütün bu vadi olduqca böyükdür. Onun içərisində Nil çayının suyunu süni kanallardan istifadə edərək səhraya yönəltməyə imkan verən Wadi Tumilat yerləşir. Arxeoloji qazıntılar zamanı məlum olub ki, qədim zamanlarda (e.ə. 1980) bu ərazidə yüngül gəmilərin Nildən Qırmızı dənizə getməsinə imkan verən kanal çəkilib. Bu rayon su ilə zəngin idi. Bir tərəfdən bura qonşu yüksəkliklərdən yağış suları gəlirdi, digər tərəfdən isə yeraltı sular və süni şəkildə qazılmış kanallarla yönəldilmiş sular var idi. Ona görə də bu vadinin torpaqları, xüsusən də onun şimal hissəsində çox münbitdir. Əksər tədqiqatçıların fikrincə, bu vadi, xüsusən də onun Ez-Zəkazıq, Bilbeys və Əbu Həmməd şəhərləri arasında üçbucaq olan Nil çayına yaxın olan hissəsi Tövratda qeyd olunan Qoşen ölkəsidir. Bütün bu şəhərlər müasir Misir Şərqiyyəsinin ərazisində yerləşir. Maraqlıdır ki, İsrail Torpağının da müasir Kiryat Qat və Laçiş bölgəsində öz Qoşen torpağı var idi. İsrail torpağının fəthindən bəhs edən Yehoshua bin Nun kitabında bir neçə dəfə onun adı çəkilir. Zaman keçdikcə İsrailoğulları Misir həyatına adaptasiya olub, dövlət işlərində vəzifələrə, habelə ölkənin ticarətində əsas oyunçuya çevrildilər. Üstəlik, Yusifin Misirin aristokrat ailəsindən Heliopolis baş kahini Potiferahın qızı Asenat ilə evlənməsi Yaqub və oğulları üçün böyük bir fürsət olmuşdu. Asenat ilə evlilik Yusifə Manasseh və Efraim adında iki oğul qazandırdı. Bugün də Yusifin bu iki soyu davam etməkdədir. Yusifin 110 yaşında baş verən ölümü, İsrailoğulları üçün köləlik dövrünün ilk işarəsi olmuşdu. 1550-ci ildə Misirdə baş vermiş inqilabdan sonra məbəd kahinlərinin dəstəyi ilə Hiksosları taxtdan endirib hakimiyyəti ələ keçirən 1-ci Ahmos və baş kahin Tuty/Tuti yəhudiləri ilk olaraq bərəkətli və münbit torpaq olan Goşen vadisindən zorla çıxartdı. Firon 2-ci Ramzesin hakimiyyətinə qədər və xüsusən də bu dövrdə böyük nifrət və düşmənçilik hədəfi olmuşdular. Kölələşdirmə prosesinə Amon məbədinin baş kahinlari və Misirin ali ruhani lideri Nebneteru Tenri başçılıq edirdi. Ayrıca inqilab ilə taxta keçən Ahmose yalnız hiksosları qovmadı. O, qədim Misiri birləşdirdi və imperiyasını Kənan və Suriyaya qədər genişləndirməyə başladı. Yeni hakim elitanın bir digər qorxusu isə, yəhudilərin Yusif dövründəki Hiksoslar ilə ittifaq quraraq çevriliş etmələri idi. Musa isə tam belə bir dövr içində dünyaya gəlmişdi. Yəhudilərin Misir dövründən günümüzə qədər gəlib çatmış ən önəmli iki şəhəri var kİ, bunlar Ramzes dövründə tikilən Pitom və Ramzes şəhərləridir. Pərviz Əliyev visiontv.az
    Click here to Read more
    Prev Article
    Məşhur futbolçu 37 yaşında vəfat etdi
    Next Article
    Tramp və Putinin Ukrayna planı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment