Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Yaz fəslində saç tökülməsi artır - Səbəb nədir?

    6 days ago

    4

    0

    Yaz fəslində orqanizmdə mövsüm dəyişikliyi ilə əlaqədar olaraq, bir sıra problemlər yaranır. Bunlardan biri də saçın sürətli tökülməsidir.  Trixoloq həkim Aytəkin İsmayılova Hit.az-a deyib ki, yazda çıxan saçların növbəti fəsildə tökülməsi normal haldır, çünki həmin fəsildə saçlar vitamin çatışmazlığı yaşayır, günəş işığı görmür, orqanizm vitaminozdan əziyyət çəkir, meyvə-tərəvəzlə qidalanmır:  “İldə iki dəfə saçların fizioloji tökülməsi normal hal sayılır. Bu tökülmə yaz və payız aylarında daha çox özünü büruzə verir. Saçlar getdikcə daha sürətlə tökülürsə, mütləq həkim-trixoloqa müraciət olunmalıdır, çünki saçların tökülməsinin səbəbi hər hansı bir daxili orqanın xəstəliyi də ola bilər. Bunun qarşısını almaq üçün, ilk növbədə, yaz və payız aylarında saçlara daha çox diqqət artırmaq lazımdır. Daxili orqanlarda çatışmazlıq varsa, mütləq bunu həll etmək lazımdır. Buna ehtiyac olmadıqda medikamentoz müalicə edilməlidir.Yazda saç tökülməsi ən çox qadınlarda müşayiət olunur. Xanımlar müxtəlif maskalardan istifadə etməklə həmin problemin öhdəsindən gələ bilərlər”. Sevinc
    Click here to Read more
    Prev Article
    Dünyada beş kişidən biri bu xəstəlikdən əziyyət çəkir
    Next Article
    Araş məşhur mahnını bu dəfə Coni ilə oxudu – VİDEO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment