Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Yas və toy mərsiyəçiləri

    20 hours ago

    3

    0

    Diqqətlə baxsaz, ağı deyənlərin gözündə yaş, üzündə təlaş görməzsiz. Amma elə ki başlayırlar dil deməyə, daş qəlbli adamlar da ağlayır. Bəli, onların peşəsi dəhşətli peşədir, şəriətdə əbəs yerə deyilmir ki, mərsiyəçilərin, ağı deyənlərin yeri cəhənnəmdir - riyakar, ikiüzlü adamlar kimi... Toy böyük sevincdir, bayramdır. Övladına toy edən ata-ananın sevincini kiminlə müqayisə etmək olar? Ata sevinir, gülür, həyəcanı qəlbində, göz yaşlarını gözlərində gizlətməyə çalışır. Ana sevincindən ağlayır, doğmaları qucaqlayır, bütün havalara oynayır. Bura da sözün qurtardığı yerdir. Burda sözü toy mərsiyəçiləri deyir... Diqqətlə baxsaz, toy mırsiyəçilərinin də gözündə yaş, üzündə sevinc görməzsiz. Onlar üçün fərqi yoxdur, təki toy olsun, cib pulla dolsun. Dünən mərd, Vətən qazisi olan bir oğlanın toyunda mahnı deyirdilər, bu gün namərd, rüşvətxor bir məmurun oğlunun toyunu yola verirlər... Və hər ikisindən eyni qədər pul istəyirlər. Bəli, bunların da peşəsi dəhşətli peşədir... Qalib ARİF visiontv.az
    Click here to Read more
    Prev Article
    Erməni sərhədçi minaya düşərək ölüb
    Next Article
    Aqrar Xidmətlər Agentliyindən bu şirkət yarım milyonluq sifariş

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment