Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

    2 weeks ago

    5

    0

    "Yaradıcı Azərbaycan" layihəsi çərçivəsində normativ-hüquqi, idarəetmə və təşviq üzrə mexanizmlərin formalaşdırılması, tədbirlərin və təhsil-təlim proqramlarının təşkili üçün 3 milyon manatdan çox vəsait ayrılıb.  Valyuta.Az xəbər verir ki, yuxarıda sadalanan işlərin görülməsi üçün tender elan edilib.  Məlumata əsasən, tender Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilib.  13 may 2025-ci il tarixinə qədər davam edəcək tender üçün satınalma predmetinin ehtimal olunan qiyməti 3.264.894,80 AZN-dir. “Yaradıcı Azərbaycan” layihəsi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılan bir təşəbbüsdür və ölkənin mədəni və yaradıcı sənayelərinin inkişafına yönəlib. Layihənin əsas məqsədi Azərbaycanın yaradıcı potensialını üzə çıxarmaq və onu qlobal bazara çıxarmaqdır. Bu sahələrə kino, animasiya, oyunlar, moda, musiqi, cultech və digər yaradıcı istiqamətlər daxildir. Rəhim
    Click here to Read more
    Prev Article
    "Tesla" iki modelin satışını dayandırdı
    Next Article
    Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment