Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti azalıb: Depozitlərdə geriləmə davam edir

    5 days ago

    4

    0

    Yapı Kredi Bank Azərbaycan QSC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri, bankın maliyyə vəziyyətində ciddi geriləmələrin olduğunu göstərir. Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın xalis mənfəəti 47,56% azalaraq 2 280 810 manata enib. 2024-cü ilin eyni dövründə bu göstərici 4 349 500 manat təşkil edirdi. Bu eniş, bankın gəlirliyindəki ciddi itkiləri və bazar şərtlərinə uyğun fəaliyyət göstərmə qabiliyyətinin zəif olduğunu ortaya qoyur. Depozit portfeli də geriləyib. 2024-cü ilin yanvar-mart dövründə 415 094 manat olan depozit portfeli, 2025-ci ilin eyni dövründə 387 080 manata enib. Bu, 6,75% azalma deməkdir və bankın müştəri cəlb etmə və etibar qazandırma strategiyalarında ciddi problemlərin mövcud olduğunu göstərir. Bununla yanaşı, bankın aktivləri 2,89% artaraq 560 083 manata yüksəlib. 2024-cü ilin eyni dövründə aktivlər 544 335 manat idi. Lakin, aktivlərdəki bu müsbət artım, xalis mənfəət və depozit portfelindəki geriləmələri kompensasiya etməkdə kifayət etməyib. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    "Expressbank"ın depozit portfeli və aktivləri artıb
    Next Article
    Trump's cabinet ready to reassert power with Musk stepping back from DOGE: Reuters

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment