Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Yapı Kredi Bank Azərbaycan” ilə pis başlayıb: Mənfəətdə azalma, aktivlərdə kəskin "ərimə" olub

    2 weeks ago

    6

    0

    “Yapı Kredi Bank Azərbaycan” 2025-ci ilin ilk rübünün nəticələrini açıqlayıb.  Valyuta.az xəbər verir ki, bank ilin birinci rübünü 2,28 milyon manat xalis mənfəətlə başa vurub. Bununla belə, bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 7,7% azdır.  Hesabat dövründə bankın faiz gəlirləri 6,2% artaraq 11,34 milyon manata çatıb. Əsas artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində (7,79 mln. manat) müşahidə edilib.  İlk rübdə “Yapı Kredi Bank Azərbaycan”ın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 2 dəfədən çox artaraq 984,5 min manatdan (I rüb 2024) 2,01 milyon manata yüksəlib.  Bu ciddi artım əsasən depozitlər üzrə faizlər (1,7 mln. manat) və cəlb edilmiş kreditlərə görə ödənilən faizlər (311.3 min manat) ilə bağlıdır. Nəticədə bankın xalis faiz gəliri 3,7% azalaraq 9,34 milyon manata enib.  Yəni faiz gəlirləri artsa da, faiz xərclərinin kəskin artımı səbəbindən xalis faiz gəliri azalıb. Bankın qeyri-faiz gəlirləri komissiya gəlirləri və xarici valyutadan gəlir hesabına 1 milyon manat artaraq bu ilin ilk rübündə 6,46 milyon manata çatıb. Qeyri-faiz xərcləri isə 11,14 milyon manatdan 11,59 milyon manata yüksəlib.  Bank mümkün zərərlər üçün yaradılan ehtiyatları 17,4% azaldaraq 3,39 milyon manatdan bu ilin ilk rübündə 2,8 milyon manata endirib.  Ümumilikdə bankın mənfəət vergisindən əvvəlki mənfəəti 520.93 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 43% azalmda deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 921,3 min manat təşkil edib.  Maraqlıdır ki, son üç ayda “Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 23%-dən çox və ya 170,3 milyon manat “əriyərək” 560 milyon manata, cəmi öhdəlikləri isə 28% azalaraq 447,41 milyon manata enib. Cəmi kapitalı isə 2,4% artaraq 112,67 milyon manata bərabər olub. Nara
    Click here to Read more
    Prev Article
    Dələduzun vətəndaşa dəyən ziyanı qaytarmaq imkanı yoxdursa, pulu kim ödəyir? - AÇIQLAMA
    Next Article
    “Anglo Asian Mining” I rübdə qızıl hasilatının həcmini açıqlayıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment