Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    XX əsrin ən böyük dələduzu

    5 days ago

    3

    0

    Soruşa bilərsiz ki, Leninin Avropa həyatını kim maliyyələşdirib?! Təsəvvür edin ki, Stalin kimi dahi bandit Bakıda reketlə məşğul olub və Lenin kimi dahi dələduzun harın həyatına sponsorluq edib... Məlum olduğu kimi, Rusiyada bolşeviklər Almaniyanın pulu, Trotskinin üsyanı ilə hakimiyyətə gəlib. Lenin isə, öz ağlı və dələduzluğu sayəsində hakimiyyət zirvəsinə yüksəlib. Amma əlində çox saxlaya bilməyib, 1922-ci ildə ağır xəstələnib və hakimiyyəti onun xeyir-duası ilə yaxın silahdaşı – “Stalin” psevdonimli İosif Cuqaçvili ələ keçirib... Proletariatın dahi “rəhbəri” 1924-cü ildə, 54 yaşında vəfat edib... Vladimir Lenin yarım əsrdən bir az çox, amma sözün əsl mənasında, “vor zakon” həyatı yaşayıb. Yəni ömrü boyu heç yerdə işləməyib, ancaq oxuyub, yazıb, pul xərcləyib və arvadbazlıq edib. Bəli, “dahi rəhbər” həm də böyük arvadbaz olub. Bilənlənlər bilir, bilməyənlər üçün sonda Lenin haqqında bir neçə maraqlı məlumat verim: 1) Vladimir Lenin həddindən artıq zalım və qəddar adam olub. Hətta Rusiya çarı Nikolay Romanovu xaricə buraxmayıb, 1918-ci ildə arvadı, körpə uşaqları ilə birlikdə güllələtdirib. Onun əsərlərində “Proletariat Diktaturası amansız olmalıdır”, “Kütləvi terror siyasi mübarizənin əsas formasıdır” tezisləri qırmızı xətt kimi keçir... 2) Nadejra Krupskaya adl yastıburun, gombul qadın heç zaman Leninin arvadı, həyat yoldaşı olmayıb. Lenin sürgündə olanda bu qadın onun yanına qulluqçu kimi göndərilib, ayaqlarını və paltarını yuyub. 1917-ci ildə bolşeviklər Rusiyada hakimiyyətə gələndə “dahi rəhbər”in “subay” olması məsləhət bilinməyib və Krupskaya Leninin həyat yoldaşı kimi qeydiyyatdan keçib. 3) Yuxarıda deyildiyi kimi, Lenin zərif çinsin böyük həvəskarı olub və eyni zamanda bir neçə məşuqə saxlayıb. Bunların çoxu Aleksandra Kollontay, İnessa Armand kimi gözəl və savadlı qadınlar olub. Hətta deyirlər ki, hamam vannasının şampanla doldurulması və çılpaq qadınların şampanda yuyulması Leninin ideyasıdır və birinci dəfə xaricdə İnessa Armandla təcrübədən keçirilib... 4) Proletariatının “dahi rəhbər”i sifilis xəstəliyindən yox, beyin damarlarının sklerozundan (qurumasından) vəfat edib. Sadəcə olaraq, hazırda bütün sağalmaz xəstəliklərə “xərcəng” deyildiyi kimi, o zaman da “sifilis” deyilirdi. Sağlığında Lenini müalicə, öləndən sonra müayinə edən alman həkimləri yazırdılar ki, onun beyin damarları sim kimi dartılmışdı, hətta “sim kimi” çalmaq olardı. Qalib ARİF visiontv.az
    Click here to Read more
    Prev Article
    Dəhşətli iddia: ABŞ Avropaya Krımı Rusiya kimi tanımağı təklif edəcək
    Next Article
    Dünyada beş kişidən biri bu xəstəlikdən əziyyət çəkir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment