Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    XİN: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir

    1 day ago

    2

    0

    Rəsmi Bakı aprelin 23-də Ermənistanın paytaxtı İrəvanda “məşəl yürüşü” zamanı, habelə ötən gün Fransanın paytaxtı Paris şəhərində erməni icmasının toplantısı zamanı Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyib. HİT.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.  Qeyd olunub ki, Ermənistan və Fransa hökumətləri etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyaların qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi: "Ermənistan və Fransa hökuməti bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməlidir. Ermənistanda və ondan kənarda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır".
    Click here to Read more
    Prev Article
    Əvəz Zeynallı cəzadan azad edildi
    Next Article
    Binədə qəsdən adam öldürmədə şübhəli bilinən şəxs tutulub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment