Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Xərçəng hüceyrələrini aşkar etməyin qeyri-adi üsulu tapıldı

    6 days ago

    3

    0

    Tokio Metropolitan Universitetinin alimləri mürəkkəb prosedurlar olmadan xərçəng hüceyrələrini sağlam hüceyrələrdən ayırmağın yolunu tapıblar. Məlum olub ki, hərəkət trayektoriyası əsasında hüceyrənin bədxassəli dəyişikliklərə məruz qalıb-qalmamasını 94%-ə qədər dəqiqliklə müəyyən etmək mümkündür.  HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "PLoS ONE" jurnalında dərc olunub. Alimlər hüceyrələrin rənglənməsini tələb etməyən bir üsul olan faza-kontrast mikroskopiyadan istifadə edərək adi mikroskop altında xərçəngli fibrosarkomaların (birləşdirici toxuma şişləri) və normal fibroblastların davranışını müqayisə ediblər. Xüsusi alqoritm sayəsində sağlam və şiş hüceyrələrinin hərəkətinin əsas parametrlərini təhlil etmək mümkün olub: sürət, trayektoriyanın əyriliyi və dönüşlərin tezliyi. Məlum olub ki, xərçəng hüceyrələri fərqli şəkildə hərəkət edir - onlar istiqamətini daha tez-tez dəyişir və daha az rəvan hərəkət edir. Məhz bu xüsusiyyətlər sistemə bədxassəli hüceyrələri yüksək dəqiqliklə "tanımağa" imkan verir. Tədqiqatçılar qeyd ediblər ki, yeni yanaşma xərçəngin diaqnostikasını asanlaşdırır, daha sürətli və daha əlçatan edir - o, bahalı avadanlıq olmadan əksər laboratoriyalarda istifadə edilə bilər. Bundan əlavə, üsul hüceyrə hərəkətliliyi ilə əlaqəli proseslərin öyrənilməsi üçün yeni imkanlar açır: toxumaların bərpası, yaraların sağalması və orqanizmin infeksiyalara reaksiyası. Samir
    Click here to Read more
    Prev Article
    Araqçı İsveçrə və pakistanlı həmkarı ilı danışıb
    Next Article
    Bu il Çində 2,5 milyon krossover satılıb: Hansı modellər populyardır?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment