Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Xaricdən ilk 3 ayda 30 milyonluq mebel almışıq

    1 week ago

    4

    0

    2025-ci ilin yanvar-mart aylarında Azərbaycana 30 milyon 566,79 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub. "Valyuta.az" statistik mənbələrə istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 55,2 min ABŞ dolları artım nümayiş etdirib. Belə ki, 2024-cü ilin ilk üç ayında ölkəmizə 29 milyon 511,59 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal edilib. Statistik göstəricilər əsasında bu mal qrupu üzrə idxalda 3,5% artım qeydə alınıb. Lakin mebel və onun hissələrinin ümumi idxaldakı faiz payında azalma müşahidə olunub. 2025-ci ilin ilk üç ayında bu kateqoriyanın idxal strukturundakı payı 0,54% təşkil edib. Halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 0,80% olub. Beləliklə, cari ildə mebel və hissələrinin idxalda payı 0,26 faiz azalıb.
    Click here to Read more
    Prev Article
    Who Will Be the Next Pope? Here Are Some Possible Candidates to Succeed Francis.
    Next Article
    İtalyanlar duyurdu: Galatasaray'da Nicolo Zaniolo gelişmesi!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment