Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Xankəndidə həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb

    1 week ago

    3

    0

    Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu diplomatik korpus nümayəndələrinin Qarabağa səfərində iştirak edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün jurnalistlərə bildirib. O qeyd edib ki, bütün bu işlər Azərbaycan Prezidentinin göstərdiyi səylərin nəticəsində aparılır: “Xankəndinin qısa müddətdir azadlığına qovuşmasına baxmayaraq, burada həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb. Qarabağ Universitetində çox gözəl tələbələr təhsil alır. Burada olmaqdan və Azərbaycan Hökumətinin gördüyü tədbirlərlə tanışlıqdan məmnunuq. Universitetin “İncəsənət” fakültəsini də ziyarət edərək, fakültənin tələbələrinin çıxışlarını izlədik. Qısa müddət ərzində burada çox istedadlı tələbələr yetişib. Onlar mühəndislik və xarici dillər üzrə təhsil alır. Bu isə həm Xankəndidə, həm də Şuşada, ümumiyyətlə, Qarabağda çox uğurlu tələbələrin yetişəcəyi deməkdir. Bütün bunlar Prezident İlham Əliyevin göstərdiyi səylərin nəticəsində həyata keçirilib. Bu işdə əməyi olan hər kəsi təbrik edirəm. Qardaş ölkəniz olaraq Azərbaycanın bu sahədəki uğurlarını görməkdən qürur duyuruq. Burada bərpa-quruculuq işləri tam sürətlə davam edir. Qarabağda inşa edilən yolları, məktəbləri görüb çox şad olduq. Bu gün bizim üçün sevindirici gündür”.
    Click here to Read more
    Prev Article
    Horadiz-Ağbənd dəmiryol xəttinin tikintisi 63% tamamlanıb
    Next Article
    “Azəriqaz”ın təşəbbüsü, ETN-nin dəstəyi ilə tələbələrlə görüş keçirildi – VİDEO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment