Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Xalq Sığorta"nın mənfəəti 3 dəfə azalıb, 2 ildir vergi ödəmir

    4 days ago

    4

    0

    "Xalq Sığorta" ASC-nin xalis mənfəəti ötən il kəskin azalıb.  Valyuta.az xəbər verir ki, sığorta şirkəti 2024-cü ili 4,79 milyon xalis mənfəətlə bitirib ki, bu da əvvəlki ilə nisbətən 2,6 dəfə və ya 7,67 milyon manat azdır. Halbuki, “Xalq Sığorta” 2023-cü il üzrə 12,47 milyon manat xalis mənfəət açıqlamışdı.   Ötən il "Xalq Sığorta"nın cəmi gəlirləri 2023-cü ildəki 42,8 milyon manatdan 28,8 milyon manata enib. Bu isə gəlirlərin bir ildə 13,9 milyon manat və ya 32,6% azalması deməkdir.  Sığorta şirkətinin cəmi xərcləri isə 2023-cü ildə 31,83 milyon olduğu halda 2024-cü ildə 24,8 milyon manata enib. Başqa sözlə, şirkət xərclərini ötən il 6,96 milyon manat və ya 21,8% azaldıb.  Cəmi gəlirlərdəki azalma həcmi, cəmi xərclərdəki azalmanı üstələdiyi üçün "Xalq Sığorta"nın xalis mənfəəti də azalıb.  Bundan əlavə, 2023-cü ildə "Xalq Sığorta"nın cəmi gəlirlərinin daha yüksək olması xalis sığorta ehtiyatlarının 16,2 milyon manat müsbət dəyişikliyi ilə əlaqədar olub.  Ötən il isə şirkətin xalis sığorta ehtiyatlarında 2,8 milyon manat mənfi dəyişiklik baş verib. Ümumilikdə “Xalq Sığorta” 2023-cü ilə nisbətən ötən il əməliyyatını pis idarə edib. Belə ki, əməliyyat mənfəəti də 2,8 dəfə azalaraq 3,96 milyon manata enib. 2023-cü ildə sığorta şirkətinin əməliyyat mənfəəti 11 milyon manat təşkil etmişdi.  Maraqlıdır ki, şirkət son iki ili mənfəətlə bitirsə də, mənfəət vergisi ödəməyib. Nara
    Click here to Read more
    Prev Article
    Bələdiyyələr pulunu nələrə xərcləyir? - Rəqəmlər
    Next Article
    Trabzonspor maçına saatler kala Göztepe'ye kötü haber!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment