Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Xalq Bank"ın istehlak və ipoteka kredit portfelləri artıb

    16 hours ago

    1

    0

    Xalq Bank ASC 2025-ci ilin yanvar-mart dövrü üzrə kredit portfelinin göstəricilərini açıqlayıb. Finss.az xəbər verir ki, bankın ümumi kredit portfeli 2,58% azalıb və 1 milyon 838 min 589 manat olub. 2024-cü ilin eyni dövründə bu göstərici 1 milyon 887 min 236 manat idi. Biznes kredit portfeli isə 10,78% azalıb və 1 milyon 85 min 521 manata enib, 2024-cü ildə isə bu rəqəm 1 milyon 216 min 650 manat idi. İstehlak kredit portfeli 6,61% artaraq 276 min 460 manata çatıb. 2024-cü ilin yanvar-mart ayında bu göstərici 259 min 326 manat idi. İpoteka krediti sahəsində isə əhəmiyyətli artım qeydə alınıb. Xalq Bank-ın ipoteka kredit portfeli 26,17% artaraq 476 min 608 manata yüksəlib, 2024-cü ilin eyni dövründə bu göstərici 377 min 761 manat idi. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    "Bank Respublika"nın biznes və istehlak kreditləri əhəmiyyətli artıb
    Next Article
    "PAŞA Bank"ın biznes, istehlak və ipoteka kredit portfelləri artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment