Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Vüsal Qasımlı Oksford Universitetinin elmi konfransında təqdimat edib

    1 week ago

    4

    0

    Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Oksford Universitetinin “Beynəlxalq Maliyyə və Bankçılıq Cəmiyyəti” (IFABS 2025) konfransında təqdimatla çıxış edib. 15-17 aprel tarixlərində Oksford Universitetinin Səid Biznes Məktəbində (Saïd Business School) keçirilən builki konfransın mövzusu “Maliyyə dayanıqlılığı yolu: qlobal landşaftda dəyişən çağırışların idarə olunması”dır. Qlobal elm ictimaiyyətinin 200-dən çox nümayəndəsi maliyyə sabitliyi, makroprudensial siyasət, iqlim riski və maliyyədə süni intellekt kimi vacib məsələləri müzakirə edir. V.Qasımlı çıxışı zamanı “Risk premium şoku: lövbərlənməyən inflyasiya gözləntiləri və yüksək məzənnə keçidi vəziyyətində siyasət tədbirləri- Rumıniya təcrübəsi” adlı məqaləsini təqdim edib. İİTKM-in şöbə müdiri Vüsalə Cəfərova ilə birlikdə yazılmış tədqiqatda Rumıniyanın lövbərlənməyən inflyasiya gözləntiləri və yüksək məzənnə keçidi ilə qarşılaşdığı çətinliklər və inkişaf etməkdə olan ölkələr üçün vacib siyasət tədbirləri “DSGE” modelində təhlil edilir. Konfransın açılışında IFABS prezidenti Meryem Duygun, İngiltərə Bankı (Bank of England) nümayəndəsi Eddi Gerba və Avropa Mərkəzi Bankı nümayəndəsi Manfred Kremer tərəfindən çıxışlar olub. 3 gün davam edəcək konfransda sessiyalar makromaliyyə əlaqələri, maliyyə siyasəti, “ESG” çərçivələri və maliyyə qərarlarında süni intellektin rolu kimi mövzuları əhatə edir. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Naxçıvanda vergi orqanlarına müraciətlərin 95,2 faizi həll olunub
    Next Article
    OpenAI yeni aləti proqramçıları əvəzləyəcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment