Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    VTB (Azərbaycan) ekoloji təşəbbüsə dəstək verdi: Müşfiqabadda yeni meşə salındı

    1 day ago

    2

    0

    Finss.az - 25 aprel tarixində VTB (Azərbaycan)-ın əməkdaşları genişmiqyaslı yaşıllaşdırma aksiyasına qoşularaq, Müşfiqabad qəsəbəsində 50 hektardan çox ərazidə ağac əkini həyata keçirdilər. Müvafiq assosiasiyaların maliyyə dəstəyi ilə ərazidə damla-suvarma sistemi qurulub. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunan aksiya çərçivəsində bir milyon ağacın əkilməsi nəzərdə tutulub. Layihə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank və digər aparıcı maliyyə assosiasiyalarının iştirakı ilə reallaşdırılır. Əməkdaşlıq 13 mart 2023-cü il tarixli “Anlaşma Memorandumu” əsasında təşkil olunub və VTB (Azərbaycan) onun icrasında fəal iştirak edərək ölkəmizdə ekologiyanın yaxşılaşdırılmasına və davamlı inkişafın təmin edilməsinə töhfə verir. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Elnur Əliyev: Çinə səfər nəticəsində 335 milyon dollar dəyərində investisiya layihələri imzalanıb
    Next Article
    Trump insists bond market tumult didn't influence tariff pause: 'I wasn't worried'

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment