Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Vergi hesabatlarında şirkətlər üçün əsas təhlükələr hansılardır? - AÇIQLAMA

    1 week ago

    6

    0

    "Mənim tövsiyəm, şirkətlərin hər zaman kameral yoxlamalar üçün hazırlıqlı olmalarıdır". "Finance and Accounting" MMC şirkətinin təsisçisi Fidanə Alıyeva açıqlamasında vergi hesabatları, kameral yoxlamalar, cərimələr və təstiqlənməmiş azalmalarla bağlı şirkətlər üçün əsas təhlükələri və bu məsələlərin qarşısını almaq üçün atılması vacib olan addımları açıqlayıb. Onun sözlərinə görə, şirkətlər, vergi hesabatlarını vaxtında və düzgün təqdim etməklə, yalnız vergi orqanları qarşısında deyil, həm də müştəriləri və tərəfdaşları qarşısında etibarlı imic yaratmış olurlar: "Vergi öhdəliklərinin düzgün yerinə yetirilməsi hər bir şirkət üçün vacib məsuliyyətdir. Təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, vergi hesabatlarının düzgün təqdim edilməməsi, kameral yoxlamalar və vergi cərimələri şirkətlərin maliyyə vəziyyətini ciddi şəkildə təsir edə bilər. Bu problemlər yalnız şirkətin maliyyə yükünü artırmaqla qalmır, həm də hüquqi və nüfuz məsələlərini də təhlükəyə atır. Vergi hesabatları, hər bir vergi ödəyicisinin dövr ərzində qazandığı gəlirlər və vergi öhdəlikləri barədə məlumatları vergi orqanlarına təqdim etdiyi sənədlərdir. Bu hesabatlar yalnız vergi borclarının düzgün hesablanmasını təmin etmir, eyni zamanda şəffaflıq və düzgünlük baxımından da vacibdir. Şirkətlər, vergi hesabatlarını vaxtında və düzgün təqdim etməklə, yalnız vergi orqanları qarşısında deyil, həm də müştəriləri və tərəfdaşları qarşısında etibarlı imic yaratmış olurlar. Kameral yoxlamalar, vergi orqanları tərəfindən vergi hesabatlarının doğruluğunu yoxlamaq üçün həyata keçirilən vacib yoxlama növüdür. Bu yoxlamalar zamanı təqdim edilən məlumatlarda uyğunsuzluqlar tapıla bilər və nəticədə əlavə vergi cərimələri tətbiq edilə bilər. Mənim tövsiyəm, şirkətlərin hər zaman kameral yoxlamalar üçün hazırlıqlı olmalarıdır. Vergi mütəxəssisləri ilə işləyərək hər hansı bir şübhəli vəziyyətdə vergi orqanları ilə qarşılıqlı əlaqələri düzgün şəkildə idarə etmələri lazımdır". Vergi cərimələrindən söz açan həmsöhbətim cərimələrin yalnız maliyyə çətinliklərinə səbəb olmadığını, həm də şirkətin nüfuzunu zədələdiyini vurğulayır: "Vergi ödəyicilərinin öhdəliklərini pozduqda tətbiq olunan maliyyə sanksiyalarıdır. Bu cərimələr, vergi hesabatlarının vaxtında təqdim edilməməsi və ya vergilərin vaxtında ödənilməməsi kimi hallarda ortaya çıxır. Cərimələr yalnız maliyyə çətinliklərinə səbəb olmur, həm də şirkətin nüfuzunu zədələyir. Vergi öhdəliklərini vaxtında yerinə yetirmək, yalnız vergi qanunvericiliyinə riayət etməklə deyil, həm də şirkətin maliyyə və hüquqi təhlükəsizliyini təmin etmək üçün vacibdir. Vergi azalmaları, vergi ödəyicisinin vergi yükünü azaltmaq məqsədilə tətbiq etdiyi güzəştlərdir. Lakin, bəzən bu azalmalar vergi orqanları tərəfindən təstiqlənməyə bilər, nəticədə əlavə vergi borcu və cərimələr ortaya çıxa bilər. Şirkətlər bu cür vəziyyətlərin qarşısını almaq üçün vergi azalmalarını düzgün şəkildə bəyan etməli və bütün müvafiq sənədləri təqdim etməlidirlər. Təstiqlənməmiş azalmalar həmçinin şirkətə əlavə hüquqi və maliyyə riskləri gətirə bilər. Şirkət rəhbərləri olaraq, vergi məsələlərinin düzgün idarə edilməsi, yalnız maliyyə təhlükəsizliyini təmin etməklə qalmır, həm də şirkətin uzunmüddətli inkişafı üçün əhəmiyyətlidir. Vergi sahəsində qarşılaşacağınız çətinliklərdən qaçınmaq və bu sahədə doğru addımlar atmaq üçün mütəmadi olaraq vergi mütəxəssislərindən və hüquqşünaslardən məsləhət almanızı tövsiyə edirəm", deyə o, qeyd edib. ©Milli.Az
    Click here to Read more
    Prev Article
    Azərbaycanda yükdaşıma şirkətlərinin fəaliyyəti üçün yeni tələblər müəyyən olunur
    Next Article
    Azərbaycan "İTB China 2025"-də təmsil olunacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment