Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Vaşinqton Ukraynanın beş regionunu Rusiya verməklə atəşkəs əldə etməyə çalışır

    1 week ago

    4

    0

    Rusiya xarici kəşfiyyat xidmətinin rəhbəri S.Narışkin Ukraynada atəşkəs və sülh üçün Kiyevin Rusiyanın sərhədləri daxilində beş regionu taninmasını əsas şərt kimi irəli sürdü. Prinsipcə D.Tramp V. Putinin Ukrayna ilə bağlı bu şərtini qəbul etmək istəyir. Amma, Ukrayna prezidentinin prinsipial mövqeyi və Avropa ölkələrinin dəstəyi D. Tramp -V. Putin sövdələşməsinin qarşısını alır. Göründüyü kimi, V. Zelenskinin "Patriot" raket almaq təklifinə D. Tramp sərt reaksiya verərək, Rusiya ilə müharibənin səbəbkarı kimi xarakterizə edib. Bu, onu göstərir ki, ABŞ prezidenti Rusiya ilə sövdələşməyə getməyə çalışır. Amma, Rusiya atəşkəsə getmir və hətta Kiyevdə hakimiyyətin dəyişməsini şərtini qoyur. Hazırkı şərtlərlə Rusiya ABŞ arasında danışıqlar baş tutmayacaq. D.Tramp komandasında Rusiya ilə bağlı ciddi fikir ayrılıqları var. Dövlət katibi və Mərkəzi Kəşfiyyat idarəsinin rəisi Rusiya qarşı sərt xəttin tərəfdarıdır. Rusiya və ABŞ arasında danışıqları Avropasız aparıldığı üçün müsbət nəticə əldə edilməyəcək. Rusiya və Ukrayna arasında atəşkəsin yaxın perspektivdə əldə edilməsi gözlənilmir. Avropa Ukraynaya 23 milyard dollarlıq hərbi yardım ayırıb. Tərəflər arasında bu ilin axırına kimi müharibə davam etməsi gözlənilir. Ukrayna növbəti aylarda cəbhədə təşəbbüsü ələ alacaqsa, Rusiya danışıqlarda əvvəlki mövqeyindən geri çəkilə bilər. Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert visiontv.az
    Click here to Read more
    Prev Article
    ABŞ vətəndaşı olan iranlı, casus olduğunu etiraf edib
    Next Article
    Rəcəb Rəhimli Unus kəndində səyyar qəbul keçirib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment