Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Valyuta bazarında yeni yanaşma

    1 week ago

    3

    0

    Finss.az - Azərbaycan Mərkəzi Bankı (AMB) bundan sonra təşkil etdiyi valyuta hərraclarının nəticələrini ictimaiyyətə açıqlamayacaq. Bu barədə qurumun sədri Taleh Kazımov mətbuat konfransında məlumat verib. AMB rəhbəri bildirib ki, bu qərar valyuta bazarına dair daha məqsədyönlü və aydın məlumat siyasəti yürütmək niyyəti ilə verilib: “Biz o qənaətə gəldik ki, hərracları açıqlamayaq. Əgər məzənnə dəyişmirsə və tələb tam ödənilirsə, bu, bazarda nə baş verdiyinə dair təhlil üçün yetərli olmur”, – deyə Kazımov vurğulayıb. Yeni yanaşmaya əsasən, Mərkəzi Bank hər ayın sonunda öz xarici valyuta ehtiyatlarını, Dövlət Neft Fondu isə hər rüb üzrə valyuta satışlarının həcmini açıqlayacaq. Kazımov həmçinin vurğulayıb ki, hərracların nəticələrinin ictimaiyyətlə bölüşülməsi bəzən əsassız müzakirələrə və manipulyasiyalara yol açır: “Səmimi deyim, hansısa hərracda 70 milyon dollar satış olanda qalmaqal edilir, 20 milyon dollar olanda isə səs çıxmır. Bu, bir az ədalətsizlikdir.” Baş bankir əlavə edib ki, valyuta bazarının real vəziyyətini anlamaq üçün iki əsas göstəriciyə – məzənnəyə və ehtiyatlara baxmaq kifayətdir. “Məzənnə sabitdir, ehtiyatlar isə dəyişmir. Bu o deməkdir ki, tələb təklifi qarşılayır”, – deyə o qeyd edib. Qeyd edək ki, AMB son üç il ərzində valyuta bazarına etdiyi bütün müdaxilələr barədə ictimaiyyəti məlumatlandırıb və bu praktika gələcəkdə də davam etdiriləcək.
    Click here to Read more
    Prev Article
    BYD-nin təklifi səhmlərinin qiymətini 5% artırdı
    Next Article
    AMB: Sabit məzənnə rejimi inflyasiyanın azalmasına səbəb olur

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment