Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Unibank"ın aktiv və depozit portfeli artıb

    5 days ago

    4

    0

    Unibank KB ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə göstəriciləri açıqlanıb. Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank 2025-ci ilin yanvar-mart aylarında depozit portfelini 1 205 280 manata çatdırıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,85% artıb. Belə ki, 2024-cü ilin I rübündə bankın depozit portfeli 965 388 manat təşkil etmişdi. Xalis mənfəət göstəriciləri üzrə azalma qeydə alınıb. 2025-ci ilin I rübündə bankın xalis mənfəəti 2 799 593 manat olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35,09% azalma deməkdir. 2024-cü ilin I rübündə bu rəqəm 4 313 000 manat təşkil edib. Bankın aktivləri isə artım nümayiş etdirib. 2025-ci ilin I rübündə aktivlər 1 803 383 manat təşkil edib. Bu göstərici 2024-cü ilin analoji dövründəki 1 588 679 manatdan 13,51% yüksək olub. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    "AccessBank"ın mənfəəti əhəmiyyətli dərəcədə azalıb
    Next Article
    Trump on China trade tensions; earnings deluge ahead - what's moving markets

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment