Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ümumi istehsal 15% artsa da, geyim istehsalı hələ də aşağıdır

    1 week ago

    6

    0

    Cari ilin yanvar-mart aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 143,8 milyon manat dəyərində məhsul istehsal edilib.  Valyuta.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 15,8% çoxdur. Bu sahədə ən böyük pay 116,8 milyon manat ilə toxuculuq sənayesinin, ən az pay isə 5,2 milyon manat ilə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında olub. Məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 23,7%, toxuculuq sənayesində 15,6% artım,geyim istehsalında isə 45,3% azalma qeydə alınıb. Belə ki, toxuculuq məhsullarından pambıq mahlıcı istehsalında 37,48%, pambıq parçaların istehsalında 7,6%, pambıq yataq ağları istehsalında 2,7 dəfə artım olub. Pambıq ipliyi istehsalında 15,83%, xalça və xalça məmulatların istehsalında isə 12,5% azalma baş verib.  Geyim istehsalında üst geyim istehsalı 43%, alt geyim istehsalı 4,22 dəfə artdığı halda, istehsalat və peşə komplektləri istehsalında 49,8 %, corab məmulatlarının istehsalında 44,7%, sair geyimlərin istehsalında isə 15,87% azalma müşahidə olunub. Dəri və dəridən məmulatların istehsalında isə artım qeydə alınıb. Belə ki, emal edilmiş dəri istehsalı 8,8 dəfə, ayaqqabı istehsalı isə 50,7% artıb.
    Click here to Read more
    Prev Article
    PlayStation Plus Fiyatlarına Dev Zam Geldi! İşte Yeni Fiyatlar
    Next Article
    Ürəyiniz tez-tez belə yeməklər istəyirsə... - Diqqət! Bu xəstəliklərin xəbərçisidir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment