Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ukraynanın ABŞ-dan aldığı yardımın ümumi məbləği 105 milyard dollardır

    1 day ago

    2

    0

    Visiontv.az APA-ya istinadən xəbər verir ki, Zelenski bu barədə amerikalı jurnalist Ben Şapiraya verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, bu rəqəm 105 milyard dollar təşkil edir. Dövlət başçısı bildirib ki, yardım tam şəffaf şəkildə sənədləşdirilir və əsas hissəsi hərbi təyinatlıdır. “Mənim ölkəm nə qədər yardım aldığını açıq şəkildə sənədləşdirir. Bildiyiniz kimi, biz 105 milyard dollar almışıq. Bunun da böyük hissəsi silah şəklində olub”, – deyə Zelenski qeyd edib. Ukrayna lideri əlavə edib ki, bu silahlar birbaşa döyüş meydanında istifadə olunub. O, bəzi KİV-lərdə yayılan, guya bu silahların bir hissəsinin başqa ölkələrə ötürülməsi ilə bağlı iddiaları isə qəti şəkildə təkzib edib.
    Click here to Read more
    Prev Article
    İsfahanı təmsil edən erməni millət vəkili İranın "ermənipərəst mövqeyinə" görə öz təşəkkürünü bildirib
    Next Article
    Diplomatlara aylıq təmsilçilik müavinətinin hansı qaydada ödəniləcəyi müəyyənləşib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment