Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Uitkoffun təyyarəsi "Vnukovo" hava limanına enib

    2 days ago

    2

    0

    Visiontv.az APA-ya istinadən xəbər verir ki, “Flightradar24” xidmətinin məlumatına görə, Uitkoffun təyyarəsi Floridadan havaya qalxaraq Atlantik okeanını keçib, sonra Norveç, İsveç və Latviya üzərindən keçib. Moskva vaxtı ilə saat 10:00-a olan məlumata görə, təyyarə Tver vilayəti üzərində olub. Təyyarənin tezliklə Moskvaya enəcəyi bildirilib. Qeyd edək ki, bu, Uitkoffun 2025-ci ilin fevralından bəri Rusiyaya dördüncü səfəri olacaq. Trampın xüsusi nümayəndəsi Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlarda fəal iştirak edir. Bundan əvvəl Amerika mediası Tramp administrasiyasının atəşkəslə bağlı yekun təklif hazırladığını yazmışdı. Həmin təklifə əsasən, ABŞ-ın Krım üzərində Rusiyanın nəzarətini tanıdığı güman olunur. Ukrayna belə şərtləri qəbul etməyəcəyini açıqlayıb.
    Click here to Read more
    Prev Article
    24 aprel "soyqırım" mifologiyası təkcə ermənilərin yox, həm də Rusiya dövlətinin gerçək simasının güzgüsüdür
    Next Article
    Soçidə Rusiya HHM sistemləri barədə məlumat toplayan Rumıniya vətəndaşı saxlanılıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment