Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks!

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Uels şahzadəsi və xanımının sevimli istirahət məkanı - Mall adası

    2 hours ago

    Uels şahzadəsi Uilyam və xanımı Ketrin evliliklərinin 14-cü ildönümünü Şotlandiyanın daxili Hebrid adalarından biri olan Mall adasında qeyd etməyə hazırlaşırlar. Cütlük səfərinə adanın liman şəhəri olan və rəngarəng binaları ilə tanınan Tobermoridən başlayacaq.  HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat verib. Məlumata görə, Mall adası Şotlandiyanın dördüncü, Daxili Hebrid adalarının isə ikinci ən böyük adasıdır. Bu yer şahzadə Uilyam üçün xüsusi əhəmiyyət daşıyır, çünki o, atasının kral olmasından sonra irsən aldığı "Adaların hökmdarı" titulu ilə bu ərazini assosiasiya edir. Krallıq ailəsinin adadakı ən məxfi iqamətgahların birində qalacağı ehtimal olunur. Lakin ada həmçinin adi turistlər üçün də əlverişli və sərfəli istirahət şəraiti təklif edir. Qonaqlar burada mükəmməl mənzərələr, ləzzətli ənənəvi mətbəx və münasib qiymətlərlə lüks yaşayış yerlərindən zövq ala bilərlər. Adaya səfər etmək istəyən turistlər yalnız 7 funt sterlinq (təxminən 389 manat) ödəməklə materikdə yerləşən Oban şəhərindən Kreygnure limanına gedən "CalMac Ferry" bərə xidmətindən istifadə edə bilərlər. "Daily Mail" əlavə edir ki, adaya gələnlər Tobermory Distillery zavodunda istehsal olunan yerli viskini dadmağı və "Isle of Mull Cheese" pendirini sınaqdan keçirməyi unutmamalıdırlar. Bu pendir Hebrid adalarında ənənəvi üsulla istehsal edilən və mükafat qazanmış məhsuldur. Mall adasında zövqə uyğun müxtəlif növ otellər, qonaq evləri və "yataq və səhər yeməyi" tipli mehmanxanalar mövcuddur. Adanın digər diqqətçəkən məkanı isə Tobermorinin şimalında yerləşən Glengorm qalasıdır. Bu qala adanın şimal qayalıqları üzərində ucaldılmış əsl dağlıq Şotlandiya qalasıdır. Bundan əlavə, adada yerləşən kafelərdə yerli təzə məhsullarla hazırlanan yeməklər təqdim olunur. Otel otaqları isə çiçəkli çəmənliklərlə, meşə mənzərəsi və Kalqari körfəzinin mavi sularına baxan mənzərə ilə əhatələnmişdir. Bu məkan həm rəssamlar, həm də romantik istirahət axtaranlar üçün ideal seçim sayılır. Samir
    Click here to Read more
    Prev Article
    Neftçala Rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib
    Next Article
    Uşaqlara “olmaz” necə deyilməlidir?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment