Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Uber" türk şirkətini almaq istəyir

    1 week ago

    6

    0

    Texnologiya nəhəngi "Uber Technologies" Türkiyədə qida və market məhsullarının çatdırılması üzrə fəaliyyət göstərən "Trendyol Go"nun alınması məqsədilə müzakirələrə başlayıb. Valyuta.az xəbər verir ki, alqı-satqı təşəbbüsünün şərtləri hələlik bəlli deyil. Məsələ ilə tanış mənbələr yekun razılaşmanın əldə olunmadığını və danışıqların nəticəsiz başa çata biləcəyini bildiriblər. "Trendyol Go" pərakəndə satış, logistika və maliyyə texnologiyaları sahələrini əhatə edən və Türkiyənin ən böyük e-ticarət platformalarından biri olan "Trendyol Group" tərəfindən idarə olunur. Qrupun böyük hissəsi çinli e-ticarət nəhəngi "Alibaba Group Holding Ltd"yə məxsusdur. Həm "Uber", həm də "Trendyol Go"nun nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər. "Uber" qida çatdırılması fəaliyyətlərini əsasən satınalmalar vasitəsilə genişləndirib. San-Fransiskoda yerləşən şirkət 2020-ci ildə "Postmates"i, növbəti il isə spirtli içkilərin çatdırılması üzrə fəaliyyət göstərən "Drizly"ni satın almışdı. Ötən ay "Uber", "Delivery Hero"ya məxsus Tayvandakı "Foodpanda" xidmətini almaq üçün razılaşmanı tənzimləyici orqanlardan razılıq ala bilmədiyinə görə ləğv etdiyini açıqlamışdı. "Delivery Hero", bu razılaşmanın ləğvi üçün "Uber" tərəfindən ödəniləcək təzminat məbləğinin 250 milyon dollar olacağını bildirmişdi. "Uber" 2019-cu ildə İstanbulda məhkəmənin haqsız rəqabət səbəbilə verdiyi qərarla sərnişin daşıma fəaliyyətinin qadağan edilməsindən sonra Türkiyədə çətin bir giriş yaşayıb. Bu qadağa qeyri-qanuni taksilərin artmasına səbəb olub və qısa müddət sonra rəsmi orqanlar bu qərarı ləğv ediblər. Nəticədə "Uber" 2021-ci ildə tətbiqinə ənənəvi taksiləri daxil edərək Türkiyə bazarına yenidən daxil olub. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Bilim insanları yeni bir madde keşfetti: Termodinamiğin temel yasalarına ters
    Next Article
    “Azsement LTD” vergi borcunu ödəyə bilmir? – 260 minə manata çatdı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment