Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Türkiyənin nəhəng logistika şirkəti fransızlara satılıb

    3 hours ago

    1

    0

    Türkiyənin böyük sənaye şirkətlərindən biri olan “Borusan Holdinq” logistika sahəsində fəaliyyət göstərən “Borusan Supply Chain Solutions and Technology” şirkətini 440 milyon dollara satıb. Valyuta..az Yeniavaz.com-a istinadla xəbər verir ki, səhmlərin ötürülməsi barədə açıqlama İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) yayımlanıb. Bildirilir ki, satış çərçivəsində “Borusan Yatırım”ın sahib olduğu 30,53% və “Borusan Holdinq”in sahib olduğu 69,47% payların hamısı Fransanın nəhəng “CMA CGM” şirkətinin törəmə şirkəti olan “CEVA Corporate Services”ə keçib. Qeyd edək ki, “Borusan Qrup”unun logistika sahəsində digər fəaliyyət göstərən şirkəti “Borusan Limanı” isə Qrup daxilində fəaliyyətini davam etdirəcək. Səhmlərin köçürülməsi prosesi Rəqabət Şurasının təsdiqindən sonra tamamlanacaq. Satış müqabilində 440 milyon dollar məbləğində ödəniş, adi xalis pul və dövriyyə kapitalına düzəlişlər edilməklə səhmdarlara nağd şəkildə veriləcək. “CEVA Logistics” hazırda 170-dən çox ölkədə 1500-dən çox obyektdə təxminən 110 000 işçi ilə fəaliyyət göstərir və 2024-cü il dövriyyəsini 18,3 milyard dollar olaraq açıqlayıb. Şirkət dəniz, quru, hava və logistika sahələrində geniş xidmət şəbəkəsinə malikdir.
    Click here to Read more
    Prev Article
    Çin’in uzay istasyonunda görev teslimi tamamlandı
    Next Article
    Azərbaycan xaricə 150 milyonluq meyvə və tərəvəz ixrac edib - STATİSTİKA

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment