Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Türkiyənin çempionu kim olacaq: "Qalatasaray", yoxsa "Fənərbağça"?

    1 week ago

    5

    0

    "Türkiyə Super Liqasının hazırkı mərhələsi çox maraqlıdır. Çünki eyni gücdə olan əzəli rəqiblər "Qalatasaray" və "Fənərbağça" çempionluq uğrunda mübarizə aparır".  Bu sözləri Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında deyib O xatırladıb ki, adıçəkilən İstanbul klubları arasında cəmi 3 xal fərq var: "Əlbəttə ki, bu da çox kiçik bir fərqdir. Ona görə də tərəflər arasındakı bu mübarizənin son tura qədər davam edəcəyini proqnozlaşdırmaq olar. Prinsip etibarilə, həm "Qalatasaray"ın, həm də "Fənərbağça"nın bundan sonrakı turlarda oynayacaqları rəqiblərin də böyük hissəsi eyni güclüdür".  Ekspert diqqətə çatdırıb ki, burada sadəcə "Trabzonspor" və "Beşiktaş" digər rəqiblərdən fərqlənir: "Hesab edirəm ki, "Qalatasaray" üçün qarşıdakı matçlarda ən güclü rəqib məhz "Trabzonspor" olacaq. Həmçinin, "Eyüpsor" matçının da çətin  keçəcəyini proqnozlaşdırıram. "Cim-Bom" bu ik matçda çətinlik yaşaya bilər".  Mütəxəssis "Fənərbağça" haqqında isə nikbin danışıb: "Təbii ki, "Fənərbağça" üçün ən çətin matç "Beşiktaş" derbisi olacaq. Düzdür, "qara qartal" bu mövsüm qeyri-stabil çıxış edir, amma vacib matçlarda tamam başqa motivasiya ilə oynayırlar.  Ona görə də bu derbinin "Fənərbağça" üçün çətin olacağını düşünürəm. Hətta xal itirmə ehtimalları yüksəkdir. Lakin "Fənərbağça"nın digər matçlarda xal itirəcəyini düşünmürəm. Çünki heyəti çox güclüdür və pis oynasa belə matçı qazandıracaq ulduzları var".  Lakin Kənan Məstəliyevin sözlərinə görə, "Qalatasaray" çempionluq yarışında bir addım öndədir: "Düzdür, "Fənərbağça" "Qalatasaray"a nisbətən daha yaxşı formadadır. Əgər "sarı-qırmızılılar" iki dəfə büdrəsə və "Fənərbağça" bütün oyunları qazanaraq çempion ola bilər.  İndiki vəziyyətdə isə çox kiçik də olsa "Qalatasaray"ı bir addım öndə saymaq olar. Lakin bu, elə də böyük bir fərq deyil. Yəni faiz nisbəti ilə götürsək, "Qalatasaray"ın çempion olmaq şanslarını 51% kimi dəyərləndirə bilərik". Pərviz
    Click here to Read more
    Prev Article
    "Netflix"in gəlirləri artdı: 10,5 milyard dollara çatdı
    Next Article
    Naxçıvanda ÜDM artıb, sənaye istehsalında isə azalma müşahidə olunub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment