Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Türkiyədə 23 aprel Milli suverenlik və Uşaq Bayramı qeyd olunur

    5 days ago

    2

    0

    Visiontv.az xəbər verir ki, beynəlxalq Uşaq günü 1920-ci il Türkiyə Böyük Millət Məclisinin qurulması şərəfinə, Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün yalnız türk uşaqlarına deyil, bütün dünya uşaqlarına hədiyyə etdiyi milli bayramdır. “Bu günün balacaları sabahın böyükləridir” deyən Atatürk bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsinin əsasını qoyub. Bu çərçivədə keçirilən 23 aprel tədbirlərində uşaqlar nitq söyləyir, şeirlər oxuyur. Hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, bələdiyyə sədrləri, kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunan uşaqlardan birinə verir. Azyaşlıların bu vəzifədə verdiyi göstərişlərə də riayət olunur. Bu ilki bayram tədbirləri məlum səbəblərdən təxirə salınsa da, gələcək illərdə bütün dünyanın sevimli uşaqları yenidən Türkiyədə toplaşaraq, 23 aprel Uşaq Bayramını təntənə ilə qeyd edəcəklər. Mustafa Kamal Atatürkün təbirincə desək: ”Çocuk yurdun temelidir. Bu ülkenin geleceği çocuklarımızdır. 23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramınız Kutlu Olsun.”  
    Click here to Read more
    Prev Article
    Azərbaycan ilə Çin arasında texnologiya sahəsi üzrə əməkdaşlq əsas prioritetlərindən biri kimi ön plana çıxır
    Next Article
    Azərbaycan Prezidenti Çin Dövlət Şurasının baş naziri ilə görüşüb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment