Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Türkiyə Rusiyadan neft alışını bərpa edib

    1 week ago

    3

    0

    Türkiyənin ən böyük neft emalı zavodu “Tupras” Rusiyadan Urals neftinin alışını bərpa edib, bu barədə “Reuters” yazıb. Aprel ayında şirkət Rusiyadan hər biri 100 min ton olmaqla üç partiya neft alıb. Xatırladaq ki, “Tupras” 2025-ci ilin əvvəlində ABŞ-nin Rusiyanın enerji sektoruna tətbiq etdiyi sanksiyalar fonunda Rusiya neftinin alışını dayandırıb. “Reuters” mənbələrinin bildirdiyinə görə, şirkət xam neftin qiyməti 60 dollar/barel-dən aşağı düşdükdən sonra Urals neftinin tədarükünü bərpa edib. “Kpler” analitika şirkətinin məlumatına görə, 2024-cü ildə “Tupras” gündəlik 225 min barel Rusiya nefti idxal edib. Şirkət alışların dayandırıldığını fevralın 19-da təsdiqləyib. Aprelin 8-də Urals markalı neftin bir barelinin qiyməti 60 dollardan, aprelin 10-da isə 50 dollardan aşağı düşüb.
    Click here to Read more
    Prev Article
    Səudiyyə Ərəbistanı Suriyanın bütün borcunu bağlayacaq
    Next Article
    Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment