Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Turist Venedikdə izdihamdan necə qaçmaq olar? - Qızıl məsləhətlər

    1 week ago

    3

    0

    Venesiya uzun müddətdir ki, Avropada overturizmin təcəssümü olub. Pik mövsüm ərəfəsində Venesiya bir daha gündüz turistlərdən şəhərə giriş haqqı almağa başlayıb, bəzi kateqoriyalar bu il ikiqat artıb. HİT.az-ın məlumatına görə, Venedik artıq uzun müddətdir ki, Avropada həddindən artıq turizmin əsas simvoluna çevrilib. Yüksək mövsümü gözləyən Venedik birgünlük turistlərdən şəhərə giriş üçün yenidən ödəniş almağa başlayıb, bu ödəniş bu il bəzi kateqoriyalar üçün iki dəfə artıb. Belə ki, 2025-ci ilin yaz-yay mövsümündə turistlər yenə də müəyyən günlərdə (əsasən həftə sonları) səhər 8:30-dan axşam 16:00-dək şəhəri ziyarət etmək üçün ödəniş etməli olacaqlar. Ümumilikdə, 18 apreldən 27 iyuladək 54 tarix bu qaydaya daxildir – bu, keçən ilkə nisbətən iki dəfə çoxdur. Əvvəlcədən girişi bron edən turistlər üçün ödəniş keçən ilki kimi 5 avro olaraq qalacaq. Ancaq giriş haqqını gəlişdən üç gün əvvəl ödəmək qərarına gələnlər 10 avro ödəməlidirlər. Bu arada, "Business Insider" jurnalisti Kelsi Vlamis yaxınlarda Venedikdə olarkən, həddindən artıq turizm əziyyəti çəkən bu İtaliya şəhərində izdihamdan necə qaçmaq olar barədə bir neçə faydalı məsləhət paylaşıb. "Həddindən artıq turizm haqqında reportaj hazırlayan və çox gəzilən yollardan uzaqda səyahət etməyi üstün tutan biri olaraq, Venedikə gedəndə qarşılaşacağım problemləri yaxşı bilirdim. Məşhur körpülərində sadəcə gəzməyin belə nə qədər çətin ola biləcəyi ilə bağlı dəhşətli hekayələr eşitmişdim, amma eyni taleydən qaçmaqda qəti idim. Martın sonunda etdiyim səfərimdə turistlər hələ də çox olsa da, qorxduğum kimi olmadığını və ümumiyyətlə izdihamdan uzaq qala bildiyimi görüb xoş təəccübləndim", deyə o qeyd edib. 1. Venedikə mövsüm arasında gedin "Rialto körpüsü və ya Müqəddəs Mark bazilikası yanında gördüyünüz o nəhəng izdiham fotolarını xatırlayırsınız? Onların hamısında ortaq bir cəhət var: hamısı mövsümün zirvəsində çəkilib. Venedik üçün bu, adətən apreldən oktyabra qədər olan dövrdür. Əksinə, noyabrdan marta qədər olan dövr "səssiz" mövsüm hesab olunur", deyə Kelsi izah edir. O, həmçinin qeyd edib ki, həddindən artıq turizmin əsas səbəbi ümumi turist sayı deyil, insanların eyni yerləri eyni vaxtda ziyarət etmək istəməsidir. Buna görə də təkcə mövsümdən deyil, həm də günün vaxtından asılı olaraq populyar yerlərdə daha az insan olan anları tapmaq vacibdir. 2. Yaşayış məntəqəsində qalın Qız qeyd edir ki, Venedik yüzə yaxın adadan ibarət olsa da, turistlər əsasən şəhərin tarixi mərkəzi hesab olunan ən məşhur rayonu San Markoda cəmləşirlər. "Əsas görməli yerlərə yaxın bir otel seçmək əvəzinə, mən Venedikin tarixi mərkəzindəki ən yaşayışlı rayonlarından biri olan Kannaredjoda qalmaq qərarına gəldim. Kannaredjo, Venedikin daha məşhur rayonlarına nisbətən daha sakit və daha otantik bir atmosferə malik idi, eyni zamanda əsas görməli yerlərə getmək üçün çox da uzaq deyildi. Rayon, tədqiq etmək üçün sonsuz sakit küçələr və kanallarla zəngin idi və bu, bizə ətrafda heç kim olmadan Venedikin gözəlliyindən həzz almağa imkan verdi. Biz yerli sakinlərlə dolu restoran və barlara getdik", deyə o danışır. 3. Digər adaları ziyarət edin "Bizdə Venediki araşdırmaq üçün təxminən dörd gün vaxt var idi – bu, çoxlarının gecə belə qalmadığı, qalanların isə orta hesabla iki gecədən çox vaxt keçirmədiyi bir şəhərdir. Ancaq daha uzun qalmaq bizi tarixi mərkəzdən daha uzaqlara getməyə sövq etdi. Biz 'vaporetto'ya (Venedikin ictimai nəqliyyat avtobusu) minib şüşə istehsalı ilə məşhur olan və sanki əsas adanın sakit və kiçik bir versiyası kimi görünən Murano adasına yollandıq", deyə Kelsi təcrübəsini bölüşür. Onun sözlərinə görə, tarixi mərkəzdən cəmi 10 dəqiqəlik məsafədə yerləşən Murano, Venedikdən daha sakitdir və izdiham narahatlığı olmadan gəzmək üçün ideal bir yerdir. İctimai su avtobusları ilə ziyarət edilə bilən daha uzaq adalar da var: məsələn, rəngli evləri ilə məşhur olan balıqçı kəndi Burano və Venedikin mənşəyi sayılan tarixi Torçello adası. Qeyd edək ki, 2024-cü ilin yazından etibarən Venedikdə turist qrupları üçün də məhdudiyyətlər tətbiq edilib. Samir  
    Click here to Read more
    Prev Article
    ABŞ hökuməti 60 ildən sonra Kennedinin işi ilə bağlı materialları açıqlayıb
    Next Article
    Azad olunmuş ərazilərin tikintisi və minalardan təmizlənməsinə I rübdə 830 milyon manatdan çox vəsait xərclənib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment