Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

    2 weeks ago

    3

    0

    Amerika korporasiyaları ABŞ prezidenti Donald Trampın başlatdığı tarif müharibəsi fonunda məhsul istehsalını Çindən ABŞ-a, Meksikaya və Vyetnama köçürməyə başlayıblar.  Valyuta.az xəbər verir ki, bu barədə ura.ru-ya verdiyi açıqlamada Rusiya Milli Tədqiqat Universiteti - Ali İqtisad Məktəbinin (HSE) Kompleks Avropa və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Vasili Kaşin bildirib. "Tarif müharibəsinin məqsədi uzunmüddətlidir - ABŞ-ın XXI əsrdəki əsas geosiyasi rəqibi olan Çindən iqtisadi asılılığını azaltmaq və Amerika ilə Çin iqtisadiyyatlarının qarşılıqlı əlaqəsini zəiflətməkdir", deyə Kaşin vurğulayıb. Onun sözlərinə görə, Tramp bu siyasəti ilk prezidentlik dövründə, yəni 2018-ci ildə həyata keçirməyə başlayıb. Nəticədə, bir neçə il ərzində Çin ABŞ-ın ümumi idxalındakı payını 2018-ci ildəki 21%-dən 2024-cü ildə 13%-ə endirib. Kaşin qeyd edib ki, ticarət məhdudiyyətlərinin təsirləri görünməyə başladıqdan sonra ABŞ bazarına yönəlik çalışan şirkətlər istehsalı tədricən başqa ölkələrə - xüsusən ABŞ-a, Meksikaya və Vyetnama köçürməyə başlayıblar. "Apple" kimi iri texnoloji korporasiyalar bu prosesi Trampın ilk müddətində artıq başlatmışdılar. Ekspertin sözlərinə görə, əvvəlki ticarət müharibələrinin təcrübəsi göstərir ki, bu cür siyasətdən əsas fayda götürən ölkə Meksikadır. Buraya istehsalın əhəmiyyətli hissəsi köçürülür, çünki burada ucuz işçi qüvvəsi və əlverişli coğrafi mövqe mövcuddur. Bundan əlavə, Meksika ABŞ, Kanada və Meksika arasında imzalanmış "USMCA" adlı azad ticarət sazişinin iştirakçısıdır və bu saziş bir sıra sahələr üzrə gömrük rüsumlarını istisna edir. 9 aprel tarixində Tramp 75 ölkəyə qarşı yeni tariflərin tətbiqini 90 gün müddətinə dayandırdığını elan edib. O, bu qərarı "insanlar bir qədər gərgindir" sözləri ilə izah edib. Bu bəyanat bazarları sakitləşdirib: "Bitcoin", neft, qızıl və səhmlərin dəyəri artıb, dollar isə möhkəmlənib. Tramp bildirib ki, ABŞ biznesə "lazımsız yerə" zərər vurmaq istəmir və şirkətlərə dəstəklə bağlı qərarları "intuisiya ilə" verəcəyini vurğulayıb. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var
    Next Article
    Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment