Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Trampın başı Şeyx Şamil demiş “çiyinlərdə gələn düşmənlərlə” mübarizə aparmağa qarışıb

    3 days ago

    6

    0

    Görüş ABŞ Dövlət katibi Marko Rubio orda iştirakdan imtina etdikdən sonra təxirə salınıb. Marko Rubio isə Ukrayna Prezidenti Zelenskinin Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayqcaqları ilə bağlı bəyanatından sonra görüşdə iştirak etmək üçün Londona nəzərdə tutulan səfərini ləğv edib. Bunun əsas səbəbi odur ki, ABŞ prezidenti Tramp Ukraynaya artıq marağını itirib. Onun başı geosiyasətdən daha çox daxili siyasətə , daxildə dövlət aparatında kök salmış kənar nüfuz şəbəkələri ilə mübarizəyə qarışıb. Son iki ayda daxili auditoriya üçün Trampın çıxışlarını izləyirəm. Çıxışlarının əsas tezisləri belədir : - ABŞ universitetləri dövlət büdcəsi hesabına daxili düşmənlər yetişdirməməlidir ; - Siyasi qruplar miqrantlardan daxili siyasətdə bir-birinə qarşı təsir aləti kimi istifadə etməməlidirlər; - Dövlət büdcəsindən yardımlar adı altında ayrılan pullar əli əyri məmurların ciblərinə və ya ABŞ-ın tərəfdaşlarının maraqlarının zədələnməsinə yönəlməməlidir və s. Trampın yürütdüyü daxili siyasətinin ilkin nəticəsini biz də hiss edirik, nümunə üçün bir epizod göstərə bilərəm. Son iki ayda ABŞ dövlət orqanlarında kök atmış cinayətkar Amerika Erməni Milli Komitəsinin səsini eşidən olub ? Bayden-Blinken idarəciliyində isə korrupsioner kongressmen və senatorların nitqindən hər həftə bir uydurma bəhanə ilə ABŞ-ı Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırırdılar. Son aylarda isə hətta “hərbi müdaxilə edin” anlamına gələn çağırışlar edirdilər. Bir sözlə, indi Trampın başı Şeyx Şamil demiş “çiyinlərdə gələn düşmənlərlə” mübarizə aparmağa qarışıb. Şeyx Şamil isə deyirdi ki, düşmənlər ölkəyə öz ayaqları üstündə deyil , at belində olan xainlərin çiyinlərində gəlirlər… Politoloq Yeganə Hacıyeva visiontv.az
    Click here to Read more
    Prev Article
    Rusiya ordusu Kiyevi bombalayıb, ölənlər və yaralılar var
    Next Article
    Japan's econ minister to visit US from April 30 for tariff negotiations - reports

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment