Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Tramp və Putinin Ukrayna planı

    5 days ago

    4

    0

    KİV-lərdə yayılan məlumata görə, Trampın təklifi ilə təqdim olunan plan Rusiya və Ukrayna üçün aşağıdakı əsas şərtləri ehtiva edir: Rusiya üçün: - Ukrayna de-yure Krımı Rusiya ərazisi kimi tanımalıdır; - Ukrayna de-fakto 2014-cü ildən bu günə qədər Rusiyanın nəzarətində olan ərazilərin işğalını qəbul etməlidir; - Ukrayna NATO-ya üzvlük iddiasından imtina etməlidir; - 2014-cü ildən bəri Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ləğv olunmalıdır; - ABŞ Rusiya ilə enerji və sənaye sahələrində əməkdaşlığı gücləndirəcək. Ukrayna üçün: - Avropa və digər ölkələrdən ibarət xüsusi bir qrupun iştirakı ilə “etibarlı təhlükəsizlik zəmanətləri” veriləcək; - Rusiya tərəfindən işğal olunmuş Xarkov vilayətinin kiçik bir hissəsi Ukraynaya qaytarılacaq; - Cəbhə xətti boyunca Dnepr çayında maneəsiz gəmiçiliyin təmin olunması nəzərdə tutulur; - Ukraynaya bərpa və kompensasiya yardımı göstəriləcək (maliyyə mənbələri göstərilməyib); - Zaporojye Atom Elektrik Stansiyası ABŞ-ın nəzarətinə veriləcək. Stansiya formal olaraq Ukrayna ərazisi sayılacaq və oradan əldə olunan enerji həm Ukraynaya, həm də Rusiyaya ixrac ediləcək; - ABŞ və Ukrayna arasında faydalı qazıntıların birgə hasilatına dair razılaşma. Bu plan Stiv Uitkoffun Vladimir Putinlə dörd saatdan artıq davam edən görüşündən sonra formalaşıb. Təbii ki, bu plan Kiyev və Brüssel tərəfindən qəbul olunmayacaq. Krımın tanınması və sanksiyaların ləğvi Avropanın strateji maraqlarına ziddir. P.S. Sky News məlumat yayıb ki, Zelenskinin Krımın tanınmasını rədd etdiyinə görə görüş ləğv olunub. Kamran Cəfərov visiontv.az
    Click here to Read more
    Prev Article
    Yəhudilər Misirdə: Yusifdən Musaya və yaxud ağalıqdan köləliyə
    Next Article
    Qərb və Çin mediasında Ilham Əliyevin səfəri ilə bağlı analitik yazıların çoxluğu diqqət çəkir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment