Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Tramp və komandası niyə Putinə rəğbət bəsləyir?

    1 week ago

    2

    0

    O sistem ki, vaxtilə özləri yaratmışdı, indi isə deyirlər ki, özümüz dağıdacağıq, kollektiv suisid belə olsa... ABŞ-da artıq bu qənaətə gəliblər ki, alt-bazis kimi ABŞ iqtisadiyyatı və dünya iqtisadi sistemi kökündən dəyişmədikcə qlobal miqyasda geosiyasi konfiqurasiyanın istənilən formada dəyişdirilməsi və ya hansısa geosiyasi bloklar strategiyaları və cəhdləri heç bir nəticə verməyəcək. Tramp komandasının iqtisadiyyatdan məsul bütün üzvləri bir məsələdə ortaq fikirdədilər ki, “hər şey köhnəlib, onların ziyanına işləyir, hər şey dağıdılmalı və yenidən qurulmalıdır”. Bu komandanın ideyası özünü “strateji dağıdılma və ya sökülmə” (strategic disruption) ifadəsində tapır. Ona görə də bu komandanın içində Putinə rəğbət var, o, bu dünya düzəninin dağıdılmasında effektiv vasitə görülür. Ona görə də tariflər qaldırıldıqca, birjalar çökdükcə bu komanda sanki vecinə almır, iqtisadiyyat dağıldıqca daha çox qaza basır. İstək və hədəf bəllidi, amma bu ilk növbədə axı adi amerikalı seçicini, pensioneri və fərdini vuracaq və artıq vurmağa başlayıb.  Politoloq Fuad Çıraqov visiontv.az
    Click here to Read more
    Prev Article
    İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadı 15 min dollarlıq qızıl qələm oğurlayıb
    Next Article
    ABŞ İrana müəyyən qədər uranın zənginləşdirilməsinə icazə verə bilər

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment