Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Tramp Rusiya-Ukrayna müharibəsini dayandıra bilmir? - ŞƏRH

    1 week ago

    4

    0

    "ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı həmlələri real sülhü nəzərdə tutmadığı təqdirdə, effekt verməyəcək".  Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.  O bildirib ki, Tramp bu müharibənin dayandırılmasını daha çox ABŞ-nin maraqlarının təmin olunması çərçivəsində görür: "Bu gün rəsmi Vaşinqton üçün Ukraynanın taleyindən daha çox onların təbii sərvətlərinin mənimsənilməsi maraq doğurur. Artıq uzun müddətdir ki, ABŞ Rusiyaya qarşı hansısa təzyiq göstərmir.  Düzdür, Ukraynaya dəstəyin davam etdirilməsinə və Rusiyaya tətbiq edilən sanksiyaların daha bir il uzadılmasına dair qərar qəbul olundu. Lakin bu, Rusiyanı Trampın əvvəldən elan etdiyi atəşkəs sazişinə imza atmaqla bağlı məcbur edəcək səviyyədə təzyiq deyil". Ekspert qeyd edib ki, prosesin bu şəkildə davam etdirilməsi təkcə Ukraynanın yox, ABŞ-nin də maraqlarına cavab vermir: "Çünki Ağ Ev tez bir zamanda Ukrayna ilə saziş imzalamaq və adıçəkilən ölkənin təbii sərvətlərinin birgə işlənilməsi ilə bağlı addımların atılmasını istəyir. Ancaq indiki mərhələdə bunların heç biri baş vermir. Çünki ortada saziş yoxdur.  Üstəlik, ABŞ hansısa məsələdə güzəştə getməsi üçün Rusiyaya təzyiqlər göstərə bilməyib. Ukrayna da indiki şərtlər daxilində müharibənin dayandırılması istəmir. Belə olan təqdirdə, prosesin bundan sonra necə irəliləyəcəyi ilə bağlı suallar yaranır".  Rəşad Bayramov onu da diqqətə çatdırıb ki, tərəflər ortaq məxrəcə gələ bilmədiyi üçün atəşkəs əldə olunmur: "ABŞ müharibənin dayandırılması ilə bağlı Rusiyaya təzyiq etmək əvəzinə, Kremlin şərtləri daxilində sülhün əldə olunması üçün Ukraynaya təzyiq göstərmək yolunu seçib. ABŞ tərəfinin Ukraynanın işğal olunan torpaqlarını Rusiyanın ərazisi kimi tanınması ilə bağlı Kiyevə çağırış etməsi də məhz bunun göstəricisidir. Sanki ABŞ tamamilə özünü prosesdən kənara qoyub".  Onun sözlərinə görə, prosesin gedişatı Avropa ölkələrinin bundan sonra Ukraynaya nə qədər dəstək verəcəyindən asılı olacaq: "İndiki halda Avropa İttifaqının özünün təhlükəsizlik məsələsinə daha çox diqqət ayırması Ukraynanın meydanda tək qalmasına gətirib çıxaracaq. O zaman da Kiyev Moskvanın şərtləri daxilində atəşkəsə getməkdən başqa yolu qalmayacaq.  Əgər Böyük Britaniya və digər ölkələr öz qoşunlarını Ukrayna ərazisinə yerləşdirsələr müharibənin dayandırılması ehtimalı yüksək olacaq. Çünki Rusiya iqtisadi, hərbi və insan resursları kimi məsələlərdə yaxşı vəziyyətdə deyil. Ona görə də bu istiqamətdə Rusiyaya təzyiq etmək olar. Lakin müharibənin dayandırılması ilə bağlı hələ ki, müsbət irəliləyişlər yoxdur". Pərviz
    Click here to Read more
    Prev Article
    "İnanıram ki, bir nəticəsi olacaq" - Nazirin AZDRAMA-dakı görüşünə reaksiya
    Next Article
    Qəbul imtahanlarının vaxtı açıqlandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment