Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Tramp Ali Məhkəmə üzərində qələbə qazansa, bu, ABŞ demokratiyasının süqutu olacaq

    1 week ago

    8

    0

    Əvvəlcə ən vacib məqamı xüsusilə vurğulayaq: KİV-lər, Konqres, Baş Prokurorluq, FTB və MKİ Trampı dayandıra bilməyəcək. Bu qurumlar artıq onun nəzarətindədir. Trampa müqavimət göstərə biləcək yeganə instansiya — Ali Məhkəmdir. Bir neçə gün əvvəl Ali Məhkəmə qərar çıxardı ki, Trampın ABŞ-da qanuni yaşayan bir şəxsi Salvadora deportasiya etməsi tamamilə qanunsuzdur və həmin şəxsin geri qaytarılması tələb olunur. Dünən isə Tramp bu qərara tabe olmayacağını açıq şəkildə bəyan etdi. Bu, ABŞ tarixində demək olar ki, ilk dəfə baş verir. Ali Məhkəmə qərarları həmişə mübahisə olunmaz, toxunulmaz sayılıb. Ali Məhkəmədə hazırda 6 mühafizəkar və 3 liberal hakim var. İlk baxışdan Tramp bu orqana da nəzarət edir kimi görünə bilər, çünki mühafizəkar hakimlərin ona ideoloji yaxınlığı mövcuddur. Amma bu yalnız zahiri təəssüratdır. Həqiqi sınaq, Prezidentin Ali Məhkəmənin qərarlarını tanımadığı anda başlayır. Qeyd edilən iş üzrə Ali Məhkəmə yekdilliklə 9-0 səs nisbəti ilə qərar çıxarıb. Bu o deməkdir ki, Trampa yaxın hesab olunan 6 mühafizəkar hakim də onun əleyhinə səs verib. Məsələ hüquqi baxımdan o qədər açıq-aşkar idi ki, heç bir tərəddüd olmadı. Buna baxmayaraq, Tramp bu qərara tabe olmaqdan imtina edib. Lakin Ali Məhkəmə bu addımı cavabsız qoymayacaq. Məhkəmə müstəqildir, hakimlər ömürlük təyin olunurlar və belə bir presedentsiz hörmətsizliyi qəbul etməyəcəklər. Onlar anlayırlar ki, ölkənin gələcəyi məhz onların mövqeyindən asılı olacaq. Özlərinin tarixi məsuliyyətini və ölkə üçün kritik rolunu dərindən dərk edirlər. Təkrar edək: ABŞ tarixində heç kim Ali Məhkəmənin qərarını icra etməkdən imtina etməyə cəsarət etməmişdi. Kamran Cəfərov visiontv.az
    Click here to Read more
    Prev Article
    KİV: Pentaqonun üçüncü məmuru məlumat sızıntıları səbəbindən vəzifədən uzaqlaşdırılıb
    Next Article
    Britaniya “Taurus” raketlərinin Ukraynaya ötürülməsində Almaniyanı dəstəkləyir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment