Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Toylarda zəhərlənməyə səbəb nədir?

    1 week ago

    4

    0

    Məlum olduğu kimi, bir neçə gün əvvəl paytaxtın Xətai rayonu, general Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında kütləvi zəhərlənmə faktı qeydə alınıb. Hadisə zamanı 50-dən çox vətəndaş zəhərlənib. Maraqlıdır, toyda zəhərlənməyə səbəb hansı qidalardı? Dietoloq Leyla Sarıyeva Hit.-az-a deyib ki, qidalardakı kimyəvi, bioloji dəyişiklik zəhərlənmə ilə nəticələnir. Toylarda ən çox istifadə olunun yüksək risk qrupuna aid olan qidalar mayonezli salatlardır:  “Toylarda ət, toyuq, balıq kimi ət məhsullarının eyni saatda qəbul edilməsi olduqca təhlükəlidir. Bir neçə çeşid məhsulun eyni anda qəbulu həzm problemi yaradır. Qovurma, qızartmalar bir-birinə qarışdırılır. Bunlar da bir neçə gün öncədən hazırlandığı üçün risk qrupuna daxildir. İmmun sistemi zəif olanlar, azyaşlılar, xroniki xəstəliyi olanlar üçün daha təhlükəlidir. Toylarda bu qidalar ilə birlikdə qazlı, rəngli içkilərdən istifadə vəziyyəti daha da ağırlaşdırır. Çünki həmin qidaların tərkibindəki kimyəvi qatqı maddələri səbəbindən insan orqanizmində zəhərlənmə baş verir. Bununla yanaşı, vaxtı keçmiş məhsullardan yemək və ya salat hazırlanarsa bu da zəhərlənməyə səbəb olur. İstənilən halda şadlıq evində qeydə alınan zəhərlənmə faktı dəqiq araşdırılmalıdır”. Sevinc
    Click here to Read more
    Prev Article
    "Neftçi" basketbol klubunun baş məşqçisi: "Yarımfinaldakı rəqibə ən güclü tərəfimizi göstərəcəyik"
    Next Article
    Səudiyyə Ərəbistanı və Malayziya mart ayında Çinə neft tədarükündə demək olar ki, Rusiyaya çatdılar

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment