Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ticarət müharibəsi qlobal iqtisadiyyatı "vurur" - "Fitch" artım proqnozunu aşağı saldı

    1 week ago

    5

    0

    Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" ticarət müharibəsindəki gərginliyin artması səbəbilə qlobal iqtisadi artım proqnozunu aşağı salaraq, 2025-ci il üçün dünya iqtisadiyyatının 1,9 faiz artacağını bildirib.  Valyuta.az xəbər verir ki, bu göstərici, mart ayında açıqlanmış əvvəlki proqnozda 2,3 faiz olub. "Fitch" bu düzəlişi xüsusi olaraq yayımladığı Qlobal İqtisadi Görünüş hesabatında əks etdirib. Bildirilir ki, qlobal ticarət müharibəsindəki ciddi artım, dünya üzrə iqtisadi artım proqnozunun kəskin şəkildə azaldılmasına səbəb olub. Açıqlamada ABŞ iqtisadiyyatının bu il ümumilikdə 1,2 faiz artacağı, lakin ilin sonuna doğru artım tempinin azalaraq dördüncü rübdə cəmi 0,4 faiz olacağı qeyd edilib. Eyni zamanda, Çin iqtisadiyyatının bu il və gələn il 4 faizdən aşağı səviyyədə böyüyəcəyi, Avrozonanın isə 1 faizin xeyli altında qalacağı proqnozlaşdırılıb. Qeyd olunub ki, 1,9 faizlik artım göstəricisi, COVID-19 pandemiyası istisna olmaqla, 2009-cu ildən bəri qlobal iqtisadiyyat üçün ən zəif artım səviyyəsi olacaq. Hesabatda Trampın tətbiq etdiyi "Azadlıq Günü" tariflərinin gözləniləndən daha sərt olduğu vurğulanaraq, əlavə tariflərin 90 gün müddətinə dayandırıldığı, lakin Çin və ABŞ arasında qarşılıqlı tədbirlərlə tariflərin 100 faizin üzərinə yüksəldiyi bildirilib. Tarif artımlarının ABŞ-Çin ticarət axınına əhəmiyyətli təsir göstərəcəyi və ABŞ iqtisadiyyatında təklif şokunun daha aydın şəkildə hiss oluna biləcəyi vurğulanıb. Bu səbəblə, ABŞ üçün inflyasiya proqnozu 4 faizdən yuxarıya yenidən nəzərdən keçirilib. Açıqlamada deyilir: "Böyük siyasət qeyri-müəyyənliyi işgüzar dairələrin investisiya gözləntilərinə zərər vurur, səhm qiymətlərindəki enişlər ailələrin sərvətini azaldır və ABŞ ixracatçıları qarşılıqlı tədbirlərdən təsirlənəcək". Çin iqtisadiyyatının ötən il gözləniləndən daha sürətli artdığı, lakin artımın üçdə birinin xalis ticarətlə bağlı olduğu qeyd edilərək, yaxın aylarda bu artımın ciddi şəkildə yavaşlayacağı proqnozlaşdırılıb. Açıqlamada bildirilir ki, növbəti 18 ay ərzində ABŞ-ın gömrük gəlirlərinin bir hissəsinin iqtisadiyyata, o cümlədən vergi endirimləri vasitəsilə geri dönəcəyi gözlənilir. Lakin ABŞ və Çin iqtisadiyyatlarının zəifləməsi yayılma təsirlərinin daha geniş miqyasda hiss olunmasına səbəb olacaq. Bununla belə, ABŞ Mərkəzi Bankının (FED) faiz endiriminə getmədən öncə 2025-ci ilin dördüncü rübünə qədər gözləyəcəyi proqnozlaşdırılıb. ABŞ-da son iki ay ərzində orta müddətli inflyasiya gözləntilərinin narahatedici şəkildə artdığı da vurğulanıb. "ABŞ dollarındakı gözlənilməz zəifləmə digər mərkəzi banklara pul siyasətində yumşalma üçün daha çox imkan yaradıb və indi Avropa Mərkəzi Bankından (ECB) və inkişaf etməkdə olan bazarlardan daha dərin faiz endirimləri gözlənilir", deyə bildirilib. Əlavə edilib ki, əmtəə qiymətlərinin aşağı olması, iqtisadi artım zəiflədikcə ABŞ-dan kənarda daha sürətli pul siyasəti yumşalmasına şərait yaradacaq. Bu çərçivədə 2025-ci il üçün "Brent" markalı neftin qiymət proqnozu 5 dollar azaldılaraq 65 dollara endirilib. "Fitch"in mart ayındakı hesabatında 2025-ci il üçün ABŞ iqtisadiyyatının 1,7 faiz, Avrozonanın 0,7 faiz, Çinin isə 4,4 faiz artacağı proqnozlaşdırılmışdı. Lakin son yeniləməyə görə bu rəqəmlər müvafiq olaraq ABŞ üçün 1,2 faizə, Avrozonaya üçün 0,6 faizə və Çin üçün 3,9 faizə endirilib. Yaponiyanın bu il üçün böyümə proqnozu 0,8 faiz, Birləşmiş Krallıq üçün isə 1 faiz olaraq göstərilib.  Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarda isə bu il üçün artım 2,5 faiz, 2026-cı il üçün isə 3,5 faiz olaraq nəzərdə tutulub. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Xarici ticarət dövriyyəsi 12 milyardı ötdü
    Next Article
    Azərbaycanda işləməyinə icazə verilən plastik cərrahlar - SİYAHI

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment