Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ticarət mərkəzində mallar su altında qalıb, sahibkarlara külli miqdarda ziyan dəyib - VİDEO

    1 week ago

    4

    0

    "Sədərək" ticarət mərkəzini yenə su basıb. Yağış suları bəzi obyektlərin içərisinə dolub, mallar su altında qalıb. Valyuta.az xəbər verir ki, sahibkarlar ciddi ziyanla üzləşdiklərini, hətta yağıntı suları səbəbindən öz obyektlərinə daxil ola bilmədiklərini deyiblər. Sahibkarların sözlərinə görə, bəzi mağazalarda su çəkə bilən hər şey islanıb. Mallara da su dəydisə, rəngi dəyişir, kiflənir. Sahibkarlar bildirirlər ki, qurutəmizləməyə verilən məhsulların da satış qiyməti 40 faizə yaxın enir. Ticarət mərkəzindən isə bildirildi ki, hazırda yağıntı sularının çəkilməsi ilə bağlı iş görülür və sahibkarlara dəyən ziyan araşdırılır. Təkcə mağazalar deyil, avtomobil sahibləri də ziyanla üzləşiblər. Ticarət mərkəzinin parklanma yerini də su basdığı üçün ərazidə bir neçə nəqliyyat vəsitəsinin nömrəsi itib. Qeyd edək ki, sözügedən ticarət mərkəzində bundan əvvəl də dəfələrlə subasma halları olub və sahibkarlara dəyən ziyan özləri tərəfindən qarşılanıb.
    Click here to Read more
    Prev Article
    Xbox ve PC Oyunlarında Bahar İndirimi Başladı: İşte %70'e Varan İndirimlerden Kaçırmamanız Gereken Oyunlar
    Next Article
    Ləğv edilmiş 5 bankın daşınmaz əmlakları hərraca çıxarılır – SİYAHI

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment